/ / İqtisadiyyat və Sənaye Nazirliyində 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı geniş müşavirə keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyində 2014-cü ildə qarşıda duran vəzifələrlə bağlı geniş müşavirə keçirilib
15.01.2014 [09:36]
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, struktur bölmələrinin və digər qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti proqram xarakterli çıxışında ötən il görülmüş işlərə yekun vurub, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün əsas prioritetləri müəyyənləşdirib.
Müşavirədə nazirliyin 2013-cü ildəki fəaliyyəti müzakirə olunub, qurum rəhbərlərinin hesabatları dinlənilib.
Nazir Şahin Mustafayev dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılmasının vacibliyi qeyd edilib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının hazırlanmasının tapşırıldığını vurğulayan nazir Şahin Mustafayev sənədin qısa müddət ərzində hazırlanması üçün nazirliyin müvafiq strukturlarına göstəriş verib.
Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, Bakı-Astara yolunun, eləcə də kənd yollarının tikintisinin sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların tətbiqinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığa dəstəyin daha da artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin, istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının artırılmasına nail olunması istiqamətində qarşıda duran vəzifələrdən də ətraflı bəhs olunub.
Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinin, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsinin, yeni torpaq sahələrinin dövriyyəyə cəlb olunmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Habelə rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının, ticarət əlaqələrinin daha da genişləndirilməsinin, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsinin əsas vəzifələrdən olduğu qeyd edilib.
Müşavirədə ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisələrin müəyyənləşdirilməsi istiqamətində nazirliyin görəcəyi işlər də müəyyənləşdirilib.
Müşavirəyə yekun vuran nazir Şahin Mustafayev Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və hərtərəfli icrasına nail olmaq üçün konkret tapşırıqlar verib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 16:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54

