/ / Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı ardıcıl və effektiv mübarizə tədbirləri həyata keçirilir
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı ardıcıl və effektiv mübarizə tədbirləri həyata keçirilir
15.01.2014 [09:38]
Prezident İlham Əliyev: Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır
Məlum olduğu kimi, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı bütün sahələrdə effektli mübarizə aparılır. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də neqativ halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Əvvəlcə qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə iki əsas istiqamətdə, yəni cinayət əməlinə yol verilmiş şəxslərə qarşı cəzalandırma tədbirlərinin görülməsi və neqativ halların baş verməsinə şərait yaradan səbəblərin aradan qaldırılması yönündə aparılır.
Respublikamızda bu istiqamətdə yaradılan zəngin hüquqi baza mənfi halların qarşısının alınması, vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə qanunsuzluqlara qarşı aparılan mübarizədə müvafiq orqanlara geniş səlahiyyətlər verir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən 2012-ci il sentyabrın 5-də “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması mühüm hadisədir. Hər iki Planın icrası korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, nəticə etibarilə isə neqativ halların baş verməsinin qarşısının alınmasına xidmət edir.
Digər tərəfdən, korrupsiya hallarının əsas formaları hesab olunan büdcədən ayrılan vəsaitlərin qeyri-qanuni məqsədlərlə xərclənməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, əsassız yoxlamalarla sahibkarlardan pul tələb edilməsi, süni qiymət artımı, inhisarçılığa rəvac verilməsi, vergidən yayınmalar və digər neqativ hallara qarşı ölkədə praktiki müstəvidə kifayət qədər işlər görülüb. Belə ki, bu istiqamətdə görülən tədbirlər nəticəsində neqativ hallar aşkarlanaraq, qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Neqativ hallarla mübarizədə daha bir vacib məqam antikorrupsiya tədbirlərinin təhsil, tibb, polis, hərbi, bələdiyyə, bank və s. olmaqla demək olar ki, bütün sahələrdə həyata keçirilməsidir. Korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə isə ictimaiyyət müntəzəm olaraq məlumatlandırılır.
Qeyd etmək lazımdır ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsinin, yaxud əldə olunan nəticələrin davamlılığının əsasında həm də cəmiyyətin dəstəyi dayanır. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar bu məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla rastlaşdıqda qanun çərçivəsində öz haqqını tələb etməlidir. Bu məsələdə dövlət vətəndaşın rastlaşdığı qanun pozuntuları ilə fərdi qaydada mübarizə aparması, müvafiq orqanlara asanlıqla müraciət edə bilməsi üçün şərait yaradıb. Bir çox dövlət qurumlarının nəzdində yaradılan qaynar xətlər vətəndaşlara qanun pozuntusu ilə rastlaşdıqları istənilən vaxt müraciət etməyə imkan verir. Eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi sözügedən sahədə mövcud problemlərin aşkarlanması və aradan qaldırılması yönündə mütəmadi olaraq tədbirlər görür.
Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarının azaldılmasında yüksək nəticələr verən addımlardan biri də şübhəsiz, “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - Azerbaijan Service and Assessment Network) mərkəzlərinin yaradılmasıdır. Qeyd edək ki, dünyada ilk dəfə Azərbaycanda yaradılan bu qurum vətəndaşların sənədləşdirmə, qeydiyyat və digər işlərini son dərəcə asanlaşdıran və sadələşdirən yeni təcrübədir. Məlum olduğu kimi, “ASAN xidmət” Prezident İlham Əliyevin 2012-ci il iyulun 13-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin yaradılması haqqında Fərmanı əsasında formalaşdırılıb. Fərmana əsasən, Agentliyin yaradılması “dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması” zərurətindən irəli gəlir. Eləcə də, dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin həyata keçirilməsi də təmin edilir.
2013-cü ilin əvvəlindən fəaliyyətə başlayan “ASAN xidmət” mərkəzlərində yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında onlara səyyar və digər üsullarla xidmətlər həyata keçirilir. Yaradılan yeni qurum Azərbaycanda son dövrlərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində görülən işləri sistemləşdirməyə və genişləndirməyə xidmət edir.
Beləliklə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı oldu. “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma əsasında formalaşdırılıb. Bu mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında, vaxta və xərclərə qənaət etməklə yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, yaxud inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.
Yeni xidmət sisteminin ən mühüm cəhəti ondan ibarətdir ki, burada vətəndaşlara xidmətin texniki tərəfləri ilə yanaşı, mənəvi cəhətləri, yəni məmur-vətəndaş münasibətlərində nəzakətliliyin, iş prosesinin müsbət əhval-ruhiyyədə icrasının, vətəndaşların məmnunluğunun təmin edilməsinə də diqqət yetirilir.
2013-cü il “ASAN xidmət”in səmərəliliyini təsdiq edən uğurlu sınaq ili olub. Ötən ilin təcrübəsi göstərdi ki, yeni sistem dövlət orqanlarının fəaliyyətində, vətəndaşlara göstərilən xidmətdə qanunçuluq və şəffaflığı ən yüksək səviyyədə təmin etmək gücündədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, “ASAN xidmət”in fəaliyyətə başlaması korrupsiyaya qarşı mübarizə sahəsində böyük bir dönüş yaratdı, yenilik gətirdi: “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir”.
Təbiidir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı uğurlu mübarizə ictimaiyyətin rəğbəti ilə qarşılanır. Belə ki, “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatına əsasən, Azərbaycanda respondentlərin 68 faizi dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu bildirib. Bu isə dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksək olub.
Təqdirəlayiq haldır ki, Azərbaycanda neqativ hallara qarşı mübarizənin 2014-cü ildə də yüksək templə davam etdirilməsi üçün böyük iradə və qəti mövqe ortaya qoyulub. Belə ki, dövlət başçısı sözügedən iclasdakı nitqində bu istiqamətdə siyasətin davam etdiriləcəyini bildirib: “Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır”.
Ölkə rəhbəri onu da vurğulayıb ki, “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır: “Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”.
Həmçinin, bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə bu il də davam etdiriləcək. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır və vətəndaşların hüquqlarının qorunması daha yüksək səviyyədə təmin olunacaq.
H.MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

