Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir
30.01.2014 [09:55]
Gənclər ölkəmizin sürətli inkişafını, onların bu prosesdə aktiv iştirak etməsini, bütövlükdə, həyata keçirilən səmərəli gənclər siyasətini yüksək qiymətləndirirlər
Azərbaycan dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan və möhkəm ictimai-siyasi sabitliyin təşəkkül tapdığı ölkələrdən biri kimi tanınır. Səmərəli daxili siyasət kursunun uğurlu xarici siyasət strategiyası ilə uzlaşdırılması milli inkişafın əsasını təşkil edir. Bu da bir həqiqətdir ki, həyata keçirilən daxili və xarici siyasət ölkəmizin perspektivə doğru inamla irəliləməsinə real zəmin hazırlayır. Xüsusilə də bu kontekstdə cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərə yüksək diqqət və qayğı göstərilir. Rasional gənclər siyasətinin həyata keçirilməsi ölkəmizin inkişafına mühüm töhfələr verir.
Sirr deyil ki, Azərbaycanda səmərəli gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu istiqamətdə mühüm işlər görülüb. Burada “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsini və s. xüsusilə qeyd etmək lazımdır. Onu da vurğulamaq lazımdır ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilib. Beləliklə də, sonradan digər region dövlətlərində də bu ənənənin əsası qoyulsa da, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb.
Öz növbəsində, gənclər də ölkəmizin sürətli inkişafını, onların bu prosesdə aktiv iştirak etməsini, bütövlükdə, həyata keçirilən səmərəli gənclər siyasətini yüksək qiymətləndirirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva bildirib ki, dövlət tərəfindən gənclərə xüsusi diqqət və qayğının göstərilməsi bu təbəqənin səmərəli fəaliyyətini stimullaşdırır: “Bu gün dövlət səviyyəsində gənclərə xüsusi qayğı göstərilir. Müxtəlif proqramların qəbul edilməsi, gənclər təşkilatlarının fəaliyyətinə sərbəst şəraitin yaradılması gənclərin ayrı-ayrı sahələrdə uğurla təmsil olunmasını təmin edir”.
Ölkəmizdə həyata keçirilən çoxşaxəli və səmərəli gənclər siyasətinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Zəkiyyə Musayeva əlavə edib ki, Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və ideyalarından bəhrələnir: “Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalayan Ulu öndər bəyan etmişdi ki, “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər”.
“Məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməklə bərabər, beynəlxalq miqyasda da uğurla təmsil olunurlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir”, - deyən Z.Musayeva vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin ideyalarından bəhrələnən gənclər Azərbaycan dövlətini və Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir, dövlətimizin başçısını xalqımızın alternativsiz lideri kimi dəyərləndirir.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan vurğulayıb ki, gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub: “Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir”.
Onun sözlərinə görə, bu gün gənclərimiz yüksək vətənpərvərlik ruhu ilə ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunurlar: “Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin mənimsədiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır”.
YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Yusif Babanlı isə qeyd edib ki, Azərbaycanın ən müasir tarixinin xronikasına nəzər yetirsək, görərik ki, əhalimizin ən dinamik və çoxsaylı kəsimi olan gənclər ölkə əhəmiyyətli bütün məsələlərlə bağlı hər zaman ortaya birmənalı mövqe qoyublar. Eyni zamanda, Azərbaycan gəncləri ölkəmizin inkişafına əhəmiyyətli töhfələr verirlər: “Bunun əsası isə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gəncliyə və onun gücünə böyük önəm verərək onlarla keçirdiyi tarixi görüşdən sonra qoyulub. Bundan sonra biz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsini, 1997-ci ildə fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı Sərəncamın imzalanmasını və digər uzunmüddətli strategiyanın nümunələrini müşahidə edə bilərik. İndiyədək qəbul olunan dövlət proqramlarının icrası çoxsaylı gəncləri əhatə edib və bu proses hazırda da davam etməkdədir”.
Prezident İlham Əliyevin gənclərin inkişafına xüsusi diqqət yetirdiyini deyən Y.Babanlı əlavə edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir: “Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş aparılır. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir”.
“Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Bundan sonra gənclərin inkişafı yönündə əhəmiyyətli tədbirlər həyata keçirilib. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin müəllifidir. Gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən gənclərə, gələcək nəslin inkişafına xüsusi diqqət yetirilir. Gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. Bu isə gənclərin gələcəyə inamla irəliləməsinə yol açır”. Bunu isə YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Ramiz Yusubov deyib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50

