Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası cari il üçün fəaliyyətinin prioritet istiqamətlərini açıqlayıb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası cari il üçün fəaliyyətinin prioritet istiqamətlərini açıqlayıb

18.02.2014 [09:27]

Fevralın 17-də Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yekunlarına və cari ilin prioritet istiqamətlərinə həsr olunmuş tədbir keçirib.
AzərTAc xəbər verir ki, dövlət rəsmilərinin, tərəfdaş təşkilatların və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib.
ARGTMŞ-in 2013-cü ilin yekunları və cari ilin prioritet istiqamətləri barədə hesabatla çıxış edən MŞ-in baş katibi Seymur Hüseynov bildirib ki, ötən il quruma 32 gənclər təşkilatı üzv qəbul olunub və beləliklə, üzvlərin sayı 104-ə çatıb. Yüz minlərlə gənci öz ətrafında birləşdirən ARGTMŞ 70 beynəlxalq, 13 yerli, 24 regional layihədə iştirak edib. İyirmi beş ölkə ilə əməkdaşlıq edən qurum 8 beynəlxalq təşkilatda təmsil olunur. Ölkə daxilində əldə olunan nailiyyətlərdən biri də ötən il Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının I Milli Konqresinin təşkil edilməsi idi. Bundan əlavə, ARGTMŞ beynəlxalq səviyyədə də bir sıra uğurlara imza atıb, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasına üzv seçilib.
MŞ-in öz məqsəd və vəzifələrinə nail olmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (Gənclər) strategiyası qəbul edilib. Vurğulanıb ki, “3G” strategiyası özündə üç əsas prioritet istiqaməti birləşdirir. Prioritet istiqamətlərə gənclər siyasətinə dəstək, gənclərin əməkdaşlıq imkanlarının artırılması və gənclər təşkilatları institutunun gücləndirilməsi daxildir.
ARGTMŞ-in baş katibi prioritet istiqamətləri açıqlayaraq bildirib ki, cari ildə gənclər siyasətinə dəstək verilməsi davam etdiriləcək. Bu baxımdan könüllülük fəaliyyətinin genişləndirilməsi, gənclər və gənclər təşkilatları şəbəkəsinin gücləndirilməsi, sosial şəbəkələrdə gənclərin fəallığının artırılması əsas istiqamətlər seçilib. Gənclərin əməkdaşlıq imkanlarının artırılması da bu il prioritetlərdən olacaq, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dövlət-ictimai biznes sektorları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərində müvafiq addımlar atılacaq. Gənclər təşkilatları institutunun gücləndirilməsinin də davam etdiriləcəyini deyən S.Hüseynov bildirib ki, gənclərin bacarıqlarının artırılması, onlara yeni imkanların yaradılması, ARGTMŞ-in gənclər platforması kimi gücləndirilməsi bundan sonra da davam etdiriləcək.
Sonra 2013-cü ildən hazırlıq işlərinə başlanılan www.nayora.az saytı təqdim olunub.
ARGTMŞ-in fəaliyyətinin ilk vaxtlarında üzləşdiyi çətinliklərdən danışan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bu gün gənclər üçün yaradılan əlverişli şəraitdən bəhs edib. Dövlət gənclər siyasətinin üstünlüklərini vurğulayan T.Süleymanov deyib ki, məhz dövlət gənclər siyasəti nəticəsində hazırda gənclərimiz bir çox uğurlu layihələrə imza atır, onların beynəlxalq əlaqələri daha da güclənir.
Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli isə gənclərin dövlət idarəçiliyində, eləcə də parlamentdə yer aldığını vurğulayaraq bildirib ki, bu gün gənclər artıq təşkilatlanaraq cəmiyyətdə də fəal rol oynayırlar. Ancaq bütün bunlarla yanaşı, gənclərimizi yanlış yola yönəldərək, təriqət ayrı-seçkiliyi yaradaraq onları öz niyyətləri üçün istifadə edənlər də var. Bu sahədə də işlər gücləndirilməli, gənclər din məsələsində daha diqqətli olmalıdırlar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ARGTMŞ-in fəaliyyətini yüksək qiymətləndirərək, Şuranın kadr potensialının formalaşdırılmasındakı rolundan danışıb. Qeyd olunub ki, 1995-ci ildə 11 təşkilat tərəfindən təsis olunaraq 2012-ci ildə 72, 2013-cü ildə isə 104 gənclər təşkilatını birləşdirən ARGTMŞ respublikanın ən böyük gənclər platforması adını doğruldub.
Sonda çıxış edən ARGTMŞ-in sədri Şahin Seyidzadə ötən il qazanılan uğurlarda Şuranın hər bir üzvünün böyük əməyinin olduğunu qeyd edərək, cari ildə də bu istiqamətdə önəmli nailiyyətlərə imza atılacağına əminliyini bildirib.
Tədbirdə ARGTMŞ-in 2013-cü il üçün hesabatı kitabça və disk formasında iştirakçılara təqdim olunub.
Daha sonra ARGTMŞ məclisinin 2014-cü il üçün ilk toplantısı keçirilib, cari məsələlər müzakirə olunub. Məclisdə Şuraya üzv olmaq istəyən yeni təşkilatların təqdimatları keçirilib, 6 təşkilat ARGTMŞ-a üzv qəbul olunub. Beləliklə də, ARGTMŞ-in üzvlərinin sayı 110-a çatıb.

Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31