Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Mərakeş parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Mərakeş parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

22.02.2014 [13:28]

Fevralın 21-də Azərbaycan Respublikası Milli Məclisində Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr, milli müdafiə, İslam məsələləri və xaricdə yaşayan mərakeşlilər ilə iş üzrə komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan-Mərakeş parlamentlərarası dostluq qrupunun üzvü Rəbiyyət Aslanova ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. Mərakeşin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Rəbiyyət Aslanova qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Rəbiyyət Aslanova vurğulayıb ki, Azərbaycan və Mərakeş hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu da ölkələrimiz arasında dostluğun, qarşılıqlı etimadın göstəricisidir.
Komitə sədri son illər Azərbaycanda əldə edilmiş uğurlardan, insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb.
Mərakeş parlamentinin komitə sədri Ali Kəbiri ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələrə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin mühüm töhfə verdiyini söyləyib.
Qonaq Azərbaycanın sürətli inkişafının Mərakeş xalqını da sevindirdiyini deyib. Mərakeşlilərin Azərbaycan haqqında məlumatlı olduqlarını söyləyən Ali Kəbiri bildirib ki, 70 ildən artıq kommunist rejimi şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqının öz dəyərlərini qoruyub saxlaya bilməsi çox təqdirəlayiqdir. Ali Kəbiri ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə parlamentlərarası əlaqələr, bir çox sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31