Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir

Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir

04.03.2014 [09:47]

Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən söyləyib.
A.Əzimov deyib: “Sumqayıt hadisələrinin səbəbləri, mahiyyəti, faktları, ümumiyyətlə, reallıqları hamıya bəllidir. Sumqayıt hadisələrini Xocalı soyqırımı ilə eyniləşdirmək yenə də ikili standartlardan xəbər verir. Ümumiyyətlə Xocalı faciəsi “Twitter” sosial şəbəkəsində müzakirə mövzusu deyildir. C.Uorlik bu vəzifədə təzədir və münaqişə barədə həqiqətləri diqqətlə öyrənməli və bunu bəyanatlarında nəzərə almalıdır”.
Xarici işlər nazirinin müavini bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərini nəzərdən keçirməlidirlər. Onlar münaqişənin həlli ilə bağlı daha ciddi addımlar atmalıdırlar.

Paylaş:
Baxılıb: 1032 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30