/ / “Dindən hansısa terror, təxribat məqsədilə qanunların pozulmasında istifadə olunacaqsa, bunun qəti şəkildə qarşısı alınacaq”
“Dindən hansısa terror, təxribat məqsədilə qanunların pozulmasında istifadə olunacaqsa, bunun qəti şəkildə qarşısı alınacaq”
12.03.2014 [09:38]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az-a müsahibəsində terrorçuluğa qarşı mübarizənin gücləndirilməsini şərh edib.
“Orda döyüşən insan qayıtdıqdan sonra öyrəndiklərini burda tətbiq etməyə çalışacaq”
- “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanun sərtləşdirilir. Buna nə ehtiyac yaratdı?
- Dünyanın bütün demokratik dövlətləri və qüvvələri terrorçuluğa qarşı mübarizəni gücləndirirlər. Dünyada terror getdikcə artır. Həll olunmayan müxtəlif konfliktlər olan və nəzarətsiz ərazilərdə belə hallar çoxalır. O cümlədən, münaqişə ocaqlarında hər gün partlayışlar, terror aktlarının şahidi oluruq. Azərbaycan bilavasitə terrordan əziyyət çəkən ölkə kimi bundan öncə də “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya qoşulub. İndi də bu haqda qanunu sərtləşdirdik.
Son zamanlar da Azərbaycandan insanları yoldan çıxardıb müxtəlif adlar altında ayrı-ayrı ölkələrə aparırlar. Onlar ayrı-ayrı yerlərdə özlərinə aid olmayan müharibələrdə döyüşür, müxtəlif qruplaşmalara qoşulurlar. Bunun da acınacaqlı nəticələri olur. Çünki onların ordan nə vaxtsa qayıtmaqları da var. Orda döyüşən insan qayıtdıqdan sonra öyrəndiklərini burda tətbiq etməyə çalışacaq.
Hazırda Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Dağlıq Qarabağ nəzarətsiz ərazidir. Ora Azərbaycan ərazisidir, lakin təəssüf ki, Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız məhduddur. Orda faktiki olaraq, terrorçu qruplar hazırlanır, təlim keçir. Bütün bunlara görə, qanunu sərtləşdirdik, cəzaların müddətini artırdıq. İşğal olunmuş ərazilərimizlə bağlı da gələcəkdə bunun tətbiq olunması vacib şərtlərdəndir.
“Dini təriqətlərin məqsədi radikal addımların atılmasıdırsa, bu, qanun çərçivəsində tənzimlənəcək”
- Radikal dini təriqətlərlə bağlı da məsələlər layihədə öz əksini tapıb?
- Bəli. Əgər dini təriqətlərin məqsədi, ideyası hansısa radikal addımların atılmasıdırsa, bunun qarşısı qanun çərçivəsində alınacaq. Azərbaycan tolerant ölkədir, ölkədə dini azadlıq konstutision hüquqla tənzimlənir. Müxtəlif təxribatçı cərəyanları çıxmaq şərti ilə bütün dini icmalar, təriqətlər açıq şəkildə fəaliyyət göstərirlər. Seçim də insanların özlərinindir. Heç kəsə qadağa qoya bilmərik ki, sən bunu yox onu seç. Amma dindən hansısa terror, təxribat məqsədilə qanunların pozulmasında istifadə olunacaqsa, bunun qəti şəkildə qarşısı alınacaq.
- Son zamanlar nurçuluğun ölkə üçün təhlükəli tərəfləri haqqında danışılır. Bu məsələ nurçuluğa qarşı da tətbiq oluna bilərmi?
- Nurçuluq tamam başqa şeydir, bunun ona aidiyyəti yoxdur. Nurçuluğun fəlsəfəsində radikalizm yoxdur. Təbii ki, onların ali məqsədi hakimiyyətə daxil olmaq, hakimiyyət qollarında yer tutmaq, təkamül yolu ilə bu prosesi həyata keçirməkdir. Necə ki, başqa dövlətlər hakimiyyətləri ələ almaq istəyir, onlar da dini cərəyan olmaqla yanaşı, həm də hakimiyyəti ələ keçirmək istəyirlər, onlarda bu arzu var. Lakin Azərbaycan üçün bunun təhlükəsi yoxdur. Ola bilər ki, 5-10 adam buna qoşulsun. Amma bir çox ölkələrdən fərqli olaraq, din Azərbaycanda istər Sovet vaxtı, istərsə ondan sonra azad olub, dini etiqadın həyata keçirilməsi, ibadətlərin edilməsi çox demokratik və düzgün şəkildə olub. Çünki azərbaycanlılar ibadətlərini elmli formada həyata keçirirlər. Başqaları isə din adı altında başqa məqsədlərə nail olmaq üçün edirlər ki, bu da normal qarşılanmır və hardasa özünü göstərir.
“Maarifləndirmə nağıllar, şaiyələrlə deyil, elmlə aparılmalıdır”
- Ola bilsin ki, dediyimiz dini təriqətlər Azərbaycan üçün hələki təhlükəli görünməyə bilər. Lakin bir müddət sonra bunun baş verməsi ehtimalı da yüksəkdir. İndidən buna qarşı hansı addımlar atılmalıdır?
- Bunun qarşısını almaq üçün bir neçə məsələ həyata keçirilməlidir. Birincisi maarifləndirmədir. Daha nağıllar, şaiyələr, rəvayətlərlə deyil, birbaşa elmlə, tarixlə belə cərəyanların məqsədi, məramı açıqlanmalı, maarifləndirmə aparılmalıdır. O cərəyanlara qoşulanlar ya düzgün olmayan informasiya nəticəsində bunu edir, ya da şirnikləndirmə ilə. Bütün hallarda da bunun arxasında siyasət dayanır.
İkincisi, qanunlardır. Din haqqında da qanunumuz var. Həmin qanunun müddəaları tətbiq olunmalıdır. Harda qanun pozulubsa, harda qanuna zidd hərəkət edilirsə, mütləq qarşısı alınmalıdır.
Bu gün bizim Qarabağ problemimiz ola-ola yüzlərlə insanımız Suriyada döyüşür, həlak olur. Bu, həm dini baxımdan düzgün deyil. Çünki guya orda döyüşənlər cənnətə düşəcək kimi uydurmalar danışırlar. Eyni zamanda, şəriət baxımından, insani və vətənpərvərlik baxımından da düzgün deyil. Kim bununla məşğul olursa, o artıq Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşıyır.
- Qanun layihəsi Milli Məclisin növbəti iclasında qəbul oluna bilərmi?
- Hesab edirəm ki, bu qanun layihəsinə deputat həmkarlarım səs verəcək və elə birinci oxunuşda da qəbul olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29

