/ / Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilib
Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilib
13.03.2014 [14:50]
Martın 12-də Bakıda “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilib.
AzərTAc xəbər verir ki, respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitinin işində bir çox ölkələrdən müxtəlif təşkilatların rəhbərləri, sərmayədarlar, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sammiti açan “The Economist” jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışıb. O, qeyd edib ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəldib. Neft gəlirlərindən səmərəli istifadə edən Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.
Sonra sammit işini Saymon Raytın moderatorluğu ilə panel iclaslarında davam etdirib.
İlk panel iclasında Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin uğurlu inkişafından danışan Transformasiya, İnteqrasiya və Qloballaşma üzrə İqtisadi Araşdırmalar Mərkəzinin (TİGER) təsisçisi və direktoru, iqtisadiyyat professoru, Polşanın keçmiş maliyyə naziri Qjeqoy Kolodko bildirib ki, bu nailiyyət şaxələndirmə siyasətinin uğurla reallaşdırılması ilə əlaqədardır. Azərbaycanın iqtisadiyyatı digər ölkələrlə müqayisədə 2 dəfə sürətlə inkişaf etməkdədir.
Beynəlxalq təcrübədən bəhs edən iqtisadçı onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əsasən orta biznesin, kiçik sahibkarlığın inkişafına üstünlük verilməlidir.
Yenidən müstəqilliyini bərpa edən Azərbaycanın ötən illərdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TANAP, TAP kimi beynəlxalq layihələrdən bəhs edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Asiya ilə Avropanın qovuşuğunda yerləşən ölkəmizin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmindən də danışıb.
Qeyd olunub ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı son illər yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin makroiqtisadi vəziyyəti yaxşılaşıb. Azərbaycanın bu uğurunu beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd edirlər. Azərbaycan sabit iqtisadiyyata malik 10 ölkədən biridir.
İkinci panel iclasında sualları cavablandıran Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib ki, Azərbaycan son 10 ildə digər ölkələrin etdiyi səhvlərdən, o cümlədən “Holland sindromu”ndan yan keçməyə müvəffəq olub. O, qeyd edib ki, bu dövrdə “Holland sindromu”nun əlamətlərindən olan valyutanın dəyərinin sürətlə artması, ixracatın azalması kimi amillərdən yan keçə bildik. Dövlət Neft Fondu yığılan vəsaitlərlə ölkənin iqtisadi inkişafına və rəqabətliliyinə kömək edir. Ölkə iqtisadiyyatı şaxələnir. Yol şəbəkəsinin artıq 80 faizi yenidən qurulub. Mühüm layihələr həyata keçirilir, yeni iş yerləri açılır. Bu da şaxələndirmənin daha da inkişaf etdirilməsinə töhfə verəcək.
PAŞA BANK-ın idarə heyətinin sədri Fərid Axundov özəl sektorun Azərbaycan iqtisadiyyatındakı rolundan bəhs edib. Bildirilib ki, iqtisadiyyatımız son illər çox dinamik inkişaf edir. Azərbaycan şirkətləri bazara daha fəal şəkildə daxil olur. Bu, özəl sektor üçün çox vacibdir. Bununla özəl şirkətlərin bazarda reytinqi müəyyənləşir. Deyə bilərəm ki, özəl sektor artıq Azərbaycanda formalaşıb. Düşünürəm ki, burada bir neçə amil mövcuddur. Özəl sektorun ölkəmizin iqtisadiyyatında artıq mühüm rolu var. Bu da bizi sovet dönəmindən fərqləndirir.
“AmCham Azerbaijan”ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu isə ölkə iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun əhəmiyyətini vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov üçüncü panel iclasında müasir dünyada təhsilin yeni tələblərindən danışıb. Vurğulanıb ki, uzun müddət Sovet İttifaqının tərkibində olan Azərbaycanda həmin dövrə uyğun təhsil sistemi və strukturu yaradılıb. Artıq müasir dövrdə təhsilə yanaşmalar və tələblər dəyişib. Yeni kadr ehtiyatının yaradılması, təhsil infrastrukturunun qurulması bu baxımdan xüsusi diqqət tələb edir. Böyük tələbatın olduğu peşə təhsilinin inkişafı da Azərbaycan üçün prioritetlərdən biridir. Ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılır. Azərbaycan öz gələcəyini elmin, texnologiyanın inkişafında gördüyü üçün bu sahəyə, xüsusən də təhsilə böyük diqqət və qayğı ilə yanaşır.
“Məktəblərin maliyyələşdirilməsi sisteminin dəyişdirilməsinə ehtiyac vardır”, - deyən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, bu istiqamətdə mexanizmlər yaradılmalıdır. Əgər belə olarsa, bu amildən universitetlər də yararlanacaq. Biz öz universitetimizdə bundan faydalanırıq. Düşünürük ki, bu mexanizmi digər ali təhsil məktəblərində də tətbiq etməliyik.
Təhsil sistemini modernləşdirməyin əhəmiyyətindən danışan H.Paşayev vurğulayıb ki, ADA-da dünyanın ən qabaqcıl təcrübəsindən istifadə olunur. Bu da öz bəhrəsini verməkdədir. Bundan əlavə, biz çalışırıq ki, 15-20 il bundan əvvəl xarici ölkələrə işləmək üçün gedən istedadlı kadrları universitetimizə cəlb edək. Artıq bu istiqamətdə də müvafiq addımlar atılır.
“JTİ Caucasus” təşkilatının baş meneceri Pol Hollouey isə yeni məzunların işə götürülməsində qazandıqları təcrübədən, “Ernst and Young”un Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev isə ölkə iqtisadiyyatının uğurlu inkişafında təcrübəli, istedadlı kadrların əhəmiyyətindən danışıblar.
Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məruzə ilə çıxış edib. Nazir məruzəsində Azərbaycanın yerləşdiyi coğrafi məkan barədə məlumat verərək, ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq turizm sektorunun da özünün yeni dövrünü yaşadığını bildirib, bu istiqamətdə qazanılan uğurlardan danışıb.
Vurğulanıb ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov dördüncü panel iclasında ölkədə ümumi daxili məhsulun 40 faizinin neft sektorunun payına düşdüyünü vurğulayaraq deyib ki, halbuki əvvəllər bu rəqəm 66 faiz olub.
“bp-Azerbaijan” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov isə bildirib ki, bp bundan sonra 25 il də Azərbaycanda fəaliyyət göstərəcək. Buraya “Şahdəniz” yatağının işlənilməsi də aiddir. Vurğulanıb ki, “Cənub” qaz dəhlizi layihəsi 150 min yeni iş yerinin açılmasına imkan verəcək. Bu layihə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr cəlb edəcək.
Sonra Azərbaycan İnvestisiya Sammiti digər panel iclasları ilə işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

