Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların birinci toplantısı işə başlayıb
18.03.2014 [09:18]
Martın 17-də Bakıda beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların birinci toplantısı işə başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli toplantını açaraq tədbirdə BMT-nin müxtəlif qurum və missiyalarında, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların müxtəlif ölkələrdə fəaliyyət göstərən ofislərində işləyən Azərbaycan vətəndaşlarının iştirak etdiklərini söyləyib.
Diqqətə çatdırılıb ki, toplantının məqsədi beynəlxalq təşkilatlarda iş təcrübəsinə malik azərbaycanlılar arasında əlaqələndirmənin yaradılması, əməkdaşlıq istiqamətlərinin və gələcək fəaliyyət strategiyasının çərçivələrinin müəyyənləşdirilməsi, qarşıya çıxan problemlərin və onların həlli yollarının müzakirəsidir. Bu baxımdan beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların ilk toplantısı yeni ideyaların ortaya çıxması baxımından əhəmiyyətli platformadır.
Toplantının “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlılarla bağlı mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda plenar iclasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.
Novruz Məmmədov ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği işində beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların üzərinə mühüm vəzifə düşdüyünü bildirib. Prezident Administrasiyasının rəsmisi toplantının əhəmiyyətini vurğulayaraq belə təşkilatlanmanın zəruriliyini qeyd edib, bu baxımdan beynəlxalq qurumlarda çalışan azərbaycanlıların görüşlərinin ənənəvi olaraq keçirilməsini təklif edib.
Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlarda işləyən azərbaycanlılar olduqları ölkədə, çalışdıqları qurumda həm də Azərbaycan xalqının bir nümayəndəsi kimi fəaliyyət göstərirlər. Buna görə də onlar xaricdə Azərbaycan reallıqlarının təhrif edilməsi, ölkəmizlə bağlı düzgün olmayan məlumatların yayılması hallarına qarşı ciddi səylə mübarizə aparmalıdırlar.
Bildirilib ki, bu gün beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların sayı artıq yüzə yaxındır. Təqdirəlayiqdir ki, onların fəaliyyətləri də uğurludur, işlədikləri təşkilat daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər.
Prezident Administrasiyası rəhbərinin müavini müstəqilliyimizin ilk illərində Azərbaycanın beynəlxalq aləmdə informasiya blokadasından çıxarılmasında, qonşu dövlətlər ilə münasibətlərinin yaxşılaşmasında və dünyada mövqeyinin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Novruz Məmmədov Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemindəki yerindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi uğurlardan, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olmasından, respublikamızdakı demokratik mühitdən də danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya öz inkişaf modelini təqdim edib. Sevindirici haldır ki, indi ölkəmizin bu inkişaf təcrübəsini dünyanın müxtəlif hissələrində təqdir edir və bölüşürlər. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, əhəmiyyətli layihələrin təşəbbüskarı və tərəfdaşı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkədir. Hazırda Azərbaycanın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri var. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tariximizdə ən əlamətdar hadisələrdən hesab olunur.
Xarici işlər nazirinin müavini Araz Əzimov toplantıda çıxış edərək beynəlxalq təşkilatlarda çalışan vətəndaşlarımızın öz fəaliyyətləri ilə hər bir formada Azərbaycan barədə təsəvvür formalaşdırdıqlarını söyləyib. Qeyd edib ki, onların ölkəmiz haqqında müsbət təəssürat yaratması təqdirəlayiqdir.
Nazir müavini deyib ki, beynəlxalq təşkilatlarda Azərbaycan vətəndaşlarının bir-biri ilə əlaqə saxlamaları çox vacibdir və həmin təşkilatın mandatı çərçivəsində bu əlaqələndirmə mümkündür. Bu çərçivədə, həmçinin çevik şəbəkənin yaradılması zəruridir. Məlumat mübadiləsi və əlaqələndirmədə birinci məqsəd Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və onların reallaşdırılmasına imkan yaratmaqdır. Daha bir məqsəd isə beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması üçün onların bir-birinə yardım etmələri, təcrübə mübadiləsi həyata keçirmələridir.
Araz Əzimov qeyd edib ki, dünyada Azərbaycana qarşı çıxan müəyyən qüvvələr var və erməni təbliğatı bunlardan biridir. Onlara qarşı layiqli mübarizə aparmaq lazımdır. Bu məsələdə beynəlxalq qurumlarda çalışan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov azərbaycanlıların dünyanın nüfuzlu beynəlxalq qurumlarında təmsil olunduqlarını vurğulayıb və onların diaspor təşkilatlarımız ilə sıx əməkdaşlıq etmələrinin önəmini qeyd edib. O, beynəlxalq qurumlarda işləyən azərbaycanlıların öz fəaliyyətlərində ölkəmizlə bağlı həqiqətlərin daha geniş yayılması məsələsinə xüsusi diqqət yetirmələrinin zəruriliyini vurğulayıb.
Komitə sədri deyib ki, dünyanın bir çox ölkələrində dövlətin siyasətinə təsir edə bilən, ümumiyyətlə, dünya siyasətinin formalaşmasında iştirak edən transmilli kompaniyalarda azərbaycanlılar mühüm yer tuturlar. Onların bu prosesə cəlb olunmaları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, vaxtilə Azərbaycan beynəlxalq təşkilatlara yalnız üzv olmaq niyyətini ortaya qoyaraq fəaliyyətə başlayırdı. İndi artıq Azərbaycan beynəlxalq təşkilatların yaradılması təşəbbüsü ilə çıxış edir. O vurğulayıb ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların prinsiplərinə sadiq qalaraq təmsil olunduqları qurumlarda ölkəmizin maraqları naminə fəaliyyət göstərirlər və bu istiqamətdə səylər daha da gücləndirilməlidir.
S.Seyidov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması istiqamətindəki xidmətlərindən bəhs edib. O deyib ki, Prezident İlham Əliyevin Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu dövrdə görülən işlərin nəticəsidir ki, bu təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra mühüm qərar və qətnamələr qəbul edib.
“Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi nəzərə alınır”, - deyən S.Seyidov bu işlərin ən yüksək səviyyəyə çatdırılmasının zəruriliyini vurğulayıb, bu baxımdan toplantının əhəmiyyətini qeyd edib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının keçmiş baş katibi Ramil Həsənov və BMT-nin Bakıdakı ofisinin əməkdaşı Məzahir Əfəndiyev bildiriblər ki, beynəlxalq təşkilatlarda işləyən hər bir azərbaycanlı fəaliyyət göstərdiyi qurumda bacarığını ön plana çıxarmalı, layihələrin hazırlanmasında və reallaşmasında, proqramların həyata keçirilməsində fəallıq nümayiş etdirməlidirlər.
Qeyd edilib ki, bu toplantı beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların fəaliyyətinin əlaqələndirilməsində, təşkilatlanma məsələsində yeni mərhələnin başlanğıcıdır.
Sonra beynəlxalq və regional təşkilatların Azərbaycanda fəaliyyət göstərən mərkəzləri barədə təqdimatlar olub.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov “Dünya Gömrük Təşkilatının Bakıdakı potensialının gücləndirilməsi üzrə regional ofisinin fəaliyyəti”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması” ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbir işini “Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrların şəbəkələşməsi: imkanlar və vasitələr” mövzusunda müzakirələrlə davam etdirib.
Toplantı bu gün başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52

