Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avstriya Milli Şurasının nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Avstriya Milli Şurasının nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

02.04.2014 [09:30]

Azərbaycanda səfərdə olan Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopfun başçılıq etdiyi nümayəndə heyəti aprelin 1-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31