“Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib
04.04.2014 [09:09]
Toplantıda Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib
Aprelin 3-də “Bakı-2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib.
Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.
“Bakı-2015 Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin növbəti toplantısından əvvəl Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin görüşü olub. Görüşdə ikitərəfli əməkdaşlıq, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında çıxış edən Mehriban Əliyeva əvvəlcə Patrik Hikkini yenidən Avropa Olimpiya Komitəsinin prezidenti seçilməsi münasibətilə təbrik edib, bunun beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən yüksək qiymət olduğunu deyib. “Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub”, - deyən Mehriban Əliyeva ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini bildirib, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib:
- Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir.
Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirib. Əlaqələndirmə Komitəsinin ötən ilin oktyabrında keçirilən ikinci iclasından sonra bir çox işlərin görüldüyünü deyən Patrik Hikki tarixi əhəmiyyəti ilə diqqət çəkən bu oyunların 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğunu da diqqətə çatdırıb. Maliyyə və texniki məsələlərlə bağlı işlərin də yüksək səviyyədə həyata keçirildiyini deyən Avropa Olimpiya Komitəsinin prezidenti təşviqat məsələlərinin əhəmiyyətini vurğulayıb.
Əlaqələndirmə Komitəsinin sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurların əldə edildiyini bildirib və bu münasibətlə təbriklərini çatdırıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarından əvvəl Bakıda bir neçə beynəlxalq yarışların keçiriləcəyini və bunun sınaq baxımından əhəmiyyətli olduğunu deyib. Nazir idman infrastrukturunun yaradılması və digər məsələlərlə bağlı işlərin uğurla həll olunduğunu qeyd edib.
Bakı Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş icraçı direktoru Cim Şerr Azərbaycan hökumətinə verdiyi dəstəyə görə təşəkkür edib, indiyə qədər görülən işlərin ilk Avropa Oyunlarının dünya səviyyəsində keçirilməsinə imkan verdiyini bildirib.
Bu oyunlarda Rio Olimpiadasına 8 idman növü üzrə lisenziyaların veriləcəyini deyən Cim Şerrin həmin fikrini idman üzrə direktor Piyer Okalaqan da təsdiqləyib. O bildirib ki, məhz bu amil Bakı Avropa Oyunlarının əhəmiyyətini daha da artırır. Ötən dövrdə idmanın bir sıra növləri üzrə təhlillərin aparıldığını, yarışların cədvəlinə müəyyən dəyişikliklərin olunduğunu deyən Piyer Okalaqan bu işlərdə yerli mütəxəssislərin əməyindən də istifadə edildiyini bildirib.
İdman xidmətləri və əməliyyatlar üzrə direktor Ceyms Makleod isə diqqəti atletlər üçün təlim imkanlarının yaradılmasına, arenaların idman avadanlığı ilə təchiz olunmasına yönəldib.
Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Avropa Oyunları ilə bağlı təşviqat materiallarına dair məsələ də diqqət mərkəzində olub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

