Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib
19.04.2014 [14:08]
Aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, Milli Məclisin deputatları, ali məktəblərin rəhbərləri, dövlət və hökumət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olublar.
AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə qazandığı uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə AMEA-da il ərzində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 49 həqiqi (akademik) və 97 müxbir üzvdən ibarətdir. İclasda 135 nəfər iştirak edir. İclas öz işinə başlamağa səlahiyyətlidir.
Akif Əlizadə deyib ki, AMEA-nın ötən il aprelin 24-də keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişib. Bunlar akademiklər Rəhim Rəhimov, Asəf Nadirov, Bəhram Əsgərov, AMEA-nın müxbir üzvləri Abdulla Muxtarov, Sabir Hacıyev, Sabit Kərimov, İsgəndər Cəfərovdur.
Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti qeyd edib ki, illik yığıncağın gündəliyində iki məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü ildəki fəaliyyəti və görkəmli alimlərin adına təsis edilmiş mükafatların təqdim olunması.
Gündəlik səsə qoyularaq qəbul olunub və reqlament müəyyənləşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ötənilki ümumi yığıncaqdan keçən dövr ərzində ölkəmizin həyatında baş vermiş ən mühüm hadisənin prezident seçkiləri olduğunu diqqətə çatdırıb. Akademik Azərbaycan xalqının ümumi iradəsi nəticəsində bu ali dövləti vəzifəyə seçilmiş Prezident İlham Əliyevi elmi ictimaiyyət adından təbrik edib.
Akif Əlizadə AMEA-nın dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq 2013-cü ildə də uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə olunmasını, elmi infrastrukturun müasirləşdirilməsini və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirən əsas prinsip kimi qeyd edib. AMEA prezidenti Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş, bölgədə ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını bildirib.
Akademiyanın prezidenti deyib ki, AMEA Azərbaycan Prezidentinə dəstək olaraq müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfəsini verib. Dövlətimizin başçısı Akademiyanın ölkədə elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq bu mötəbər elm ocağının 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Akif Əlizadə deyib ki, Azərbaycan Prezidenti tərəfindən hər il olduğu kimi, ötən ildə də ölkəmizdə elmin inkişafı ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, Akademiyanın həqiqi və müxbir üzvləri yüksək dövlət təltiflərinə layiq görülüb, AMEA-nın əməkdaşlarının maaşları, doktorantların təqaüdləri, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin məbləği artırılıb.
Bildirilib ki, ötən il aprelin 24-də keçirilmiş ümumi yığıncaqda AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçilib. Seçkilərdən sonra Akademiyada köklü islahatlara başlanılıb. Bu islahatların əsas prinsipini ölkəmizin inkişaf strategiyasına uyğun olaraq elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunması, elmi infrastrukturun müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi və s. təşkil edib.
Akademik Akif Əlizadə ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədilə bir sıra islahatların həyata keçirildiyini, o cümlədən Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin təsis edilməsi haqqında” 2012-ci il 19 dekabr tarixli Sərəncamına əsasən, Gəncə Regional Elmi Mərkəzinin bazasında AMEA-nın Gəncə bölməsinin yaradıldığını vurğulayıb. Bildirilib ki, bölmənin fəaliyyəti Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin işinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialın inkişaf etdirilməsi, bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması kimi mühüm məsələləri əhatə edir.
Qeyd olunub ki, görülmüş işlər sırasına AMEA-nın elmi müəssisələrinin Direktorları, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir. Müxtəlif sahələrdə xüsusi fərqlənən gənclərin “Gənclər üçün Prezident mükafatı”na təqdim olunması, Geologiya İnstitutunun aparıcı elmi işçisi Rafiq Səfərovun bu yüksək mükafata layiq görülməsi, dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar gənc alimlərin Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil alması istiqamətində müvafiq işlərin aparılması AMEA-nın gənclər və kadrlar siyasətinin tərkib hissəsidir.
Akademik Akif Əlizadə elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri həvəsləndirmək məqsədilə “Nizami Gəncəvi adına Qızıl medal”ın, həmçinin Akademiyanın adlı mükafatlarının təsis olunduğunu, AMEA-nın fəxri fərmanının yeni formalarının təsdiq edildiyini deyib.
AMEA prezidenti qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün prioritet istiqamətlərdə, o cümlədən elm sahəsində əsas inkişaf hədəfləri müəyyənləşdirilib. Konsepsiyada elmi potensialın inkişafı və ondan ölkəmizin tərəqqisi üçün səmərəli istifadə olunması mühüm məqsəd kimi qarşıya qoyulub. Bu işdə əsas məsuliyyət ali elmi təşkilat olan Akademiyanın üzərinə düşür. Ona görə də ilk növbədə, AMEA-nın 2020-ci ilə qədər perspektiv inkişaf hədəf və istiqamətlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Akif Əlizadə bu məqsədlə, hazırda Akademiyanın 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlandığını, elmi tədqiqatların prioritet istiqamətlərinin yenidən müəyyənləşdirildiyini və bu işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirib.
Bakı Beynəlxalq Humanitar Forumu kimi dünya əhəmiyyətli tədbirlərin Azərbaycanın beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çevrilməsi yolunda mühüm nailiyyət olduğunu vurğulayan Akif Əlizadə deyib ki, yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılması məqsədilə ölkəmizdə və Cənubi Qafqazda ilk dəfə elm festivalının keçirilməsi planlaşdırılır.
Sonra AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, hesabat ilində Akademiyada ölkəmizin sürətli inkişafı ilə həmahəng olan islahatların yeni mərhələsinə başlanılıb, AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü əlaqələndirilməsi üçün bir sıra mühüm tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən çox məqalə və tezis, o cümlədən xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib. İmpakt faktorlu jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötüb və onlara 3800-dən çox istinad olub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, Akademiyanın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib.
R.Əliquliyev 2013-cü ildə Rəyasət Heyətinin işinin səmərəliliyini artırmaq, elmin idarə edilməsində Mərkəzi Aparatın fəaliyyətini gücləndirmək və müasir tələblər baxımından modernləşdirmək məqsədilə həyata keçirilmiş bir sıra əhəmiyyətli struktur dəyişikliklərindən də bəhs edib. Bildirilib ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılıb. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “Sosiologiya” sözü götürülüb, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılıb.
Məruzəçi AMEA-nın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 70 illik yubileyi və Azərbaycan alimlərinin I Qurultayı kimi iki mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlərin görüldüyünü deyib. AMEA-nın icraçısı olduğu dövlət proqramlarından üçünün artıq başa çatdığı, 13-nün davam etdirildiyi vurğulanıb.
AMEA-da həyata keçirilən hüquqi islahatlardan, gənclər siyasətindən də geniş bəhs olunduğu məruzədə vurğulanıb ki, elm və təhsilin inteqrasiyası gələcək elmi kadrların Akademiyaya cəlb edilməsinə şərait yaradıb. Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirib ki, 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə mühüm vəzifələr qoyulub, hazırlanmış fəaliyyət planı çərçivəsində kompleks tədbirlər həyata keçirilib. Belə ki, “AzScienceNet”in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “AzScienceNet”də 100 kilometrə yaxın fiber-optik kabel çəkilmiş, institut və təşkilatların 88 faizinin fiber-optik xətlər vasitəsilə İnternetə qoşulması təmin edilib, əməkdaşların internet trafikə olan tələbatı təxminən üç dəfə artıb.
AMEA-nın akademik-katibi qeyd edib ki, 2013-cü ildə mütəmadi olaraq “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “Elm dünyası”, “AMEA-nın Xəbərləri məcmuəsi” jurnallarının və “Elm” qəzetinin nəşri təmin edilib.
R.Əliquliyev Akademiyanın maddi-texniki bazasının gücləndirilməsi, sosial və maliyyə-təsərrüfat fəaliyyəti istiqamətində görülən işlərdən, alimlərin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Hazırda müzakirə prosesində olan “Elm siyasəti haqqında” Qanunun qəbul edilməsinin elm sahəsində dövlət siyasətinin normativ-hüquqi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və “Elmin informasiyalaşdırılması haqqında Dövlət Proqramı”nın qəbul olunması məqsədəuyğun hesab edilib.
Daha sonra yığıncaqda AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev və akademik İsmayıl İbrahimov çıxış edərək mövcud problemlərdən danışıb və təkliflərini səsləndiriblər.
Ümumi yığıncağın qərarı ilə AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümumi yığıncağın qərar layihəsini oxuyub.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Daha sonra yığıncaqda elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim olunub.
Mükafatların əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.
Qeyd edilib ki, AMEA Rəyasət Heyəti bu il fevralın 5-də adlı mükafatların təsis edilməsi haqqında qərar qəbul edib, 9 aprel tarixli iclasında isə təltif olunan alimlərin adlarını açıqlayıb. AMEA-nın 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüb.
AMEA-nın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafat təqdim edib.
Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb. Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova Həsən bəy Zərdabi adına mükafatla təltif olunublar. Akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərinə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafata layiq görülüblər.
Yığıncağa yekun vuran AMEA-nın prezidenti, akademik Akif Əlizadə gələcəkdə elmin mühüm yeniliklərinə nail olmaq üçün müxtəlif istiqamətlərdə bir neçə elm qurumunun birgə tədqiqatlar aparmalarının vacibliyini vurğulayıb. Bildirilib ki, bu məqsədə nail olmaq üçün alimlər prioritet istiqamətlər seçərək bütün imkanlarını həmin sahəyə yönəltməlidirlər. Akif Əlizadə Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu hədəflərə nail olmaq yolunda alimlərə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

