/ / Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib
21.05.2014 [09:20]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 20-də Norveç və İslandiya parlamentinin üzvləri - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təmsilçiləri ilə görüşüb.
AzərTAc xəbər verir ki, Əli Həsənov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri, ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son iki əsrdə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
Baş nazirin müavini Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, münaqişə regionunda milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.
Əli Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymayan Ermənistan işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi də heç bir nəticə verməyib.
Rəsmi Bakının münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə hökumət 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınıb, 180 min qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb və bu proses davam edir.
Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizdən 15 faizə endirilib. Əli Həsənov Azərbaycanın bununla bağlı strateji hədəflərindən də danışıb.
Azərbaycanın müstəqillik dövründə dinamik inkişaf etdiyini deyən Avropalı qonaqlar vurğulayıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaqlar. Münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya birliyinə daha dolğun çatdırmağın vacibliyini qeyd edən parlamentarilər bildiriblər ki, bu barədə Avropa ictimaiyyətini daha geniş məlumatlandırmağa çalışacaqlar.
Norveç və İslandiya parlamentinin üzvləri Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub, Avropalı qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Qeyd edək ki, səfər çərçivəsində Norveç və İslandiya parlamentinin üzvləri - AŞPA-nın təmsilçiləri Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında və Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər ilə görüşəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

