“Azərbaycana qarşı ikili standartlar hələ də davam edir”
11.09.2014 [09:49]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Bakıda keçirilən mətbuat konfransı zamanı Azərbaycanda vətəndaş cəmiyyəti, QHT və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Millət vəkili Publika.az-a açıqlamasında deyib ki, istər ABŞ Dövlət Departamentinin, istərsə də Avropanın ayrı-ayrı təşkilatları qarşısında Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı hər hansı məsələ qaldırılanda qarşı tərəf qaldırılan məsələnin səmtini başqa istiqamətə yönəltməyə çalışır: “Biz dəfələrlə Azərbaycanda mövcud olan qaçqınların hüquqlarının pozulması və Ermənistanın işğalçılıq siyasətini hələ də davam etdirməsi ilə bağlı məsələləri Avropa və digər təşkilatlar qarşısında qaldırmışıq. Hər dəfə də həmin xarici təşkilatların rəsmiləri bizim konkret suallarımızdan yayınaraq dərhal insan hüquqları və sairə məsələlərə keçirlər. Biz Qarabağdan və qaçqınların hüquqlarından danışırıq, bunlar isə Azərbaycandakı insan hüquqlarından danışırlar. Məgər qaçqınların hüquqları olmur? Bu da hüququ məsələdir. Bəs necə olur ki, Avropa qurumları hər hansı insanın barəsində dəqiqləşdirilmədən və qərəzli şəkildə onun həbsinə siyasi don geyindirə bilir, amma neçə illərdir ki, ortada konkret faktlarla və 1 milyondan çox qaçqının hüquqlarının bərpası ilə bağlı hər hansı münasibət bildirmək istəmir? Məgər bu, ikili standart mövqe sərgiləmək deyil?”.
S.Novruzov Avropa komissarı Ş.Fülenin Bakıda QHT nümayəndələri ilə qapalı görüş keçirməsinə də münasibət bildirib: “Bu cür şəxslər və qurumlar ömrü boyu şəffaflıqdan danışırlar. Ancaq özləri isə ayrı-ayrı təşkilatlarla gizli-gizli görüşlər keçirib, danışıqlar aparırlar. Bütün bunlar isə bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. Hətta, mən deyərdim ki, Avropa qurumları Azərbaycana qarşı üçüncü və dördüncü standartlara da keçiblər. Bu qurumlarda və onların nümayəndələrində hər hansı ədalət, düzgünlük və demokratiya mövcud deyil. Əslində, onlar üçün demokratiya bir təzyiq vasitəsidir. Kimə təzyiq etmək istəyirlərsə, o dəqiqə demokratiya məsələsini ortaya atırlar. Mən bunlardan Azərbaycana qarşı müsbət nə isə də gözləmirəm”.
Millət vəkili Yunanıstan parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı ciddi iş aparılmalıdır: “Hər hansı bir insanın nəyisə danışmağına qadağa qoymaq olmaz. Vaxtilə Avropa ölkəsində qapalı geyimlə bağlı da qərar qəbul edilmişdi. Ancaq bu səmərəsiz oldu. Yəni, bütün bunların hamısı Avropada insan hüquqlarının məhdudlaşdırılmasının bariz nümunələridir. Biz bu qanuna qarşıyıq. Yunanıstan tərəfi ilə görüşlərimiz olanda, biz bu məsələ ilə bağlı ətraflı müzakirələr aparacağıq. Hesab edirəm ki, bu məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisində məsələ qaldırılmalıdır və biz də buna qoşulmalıyıq. Bu cür addımlara yol vermək olmaz”.
Xatırladaq ki, Yunanıstan parlamenti qondarma erməni “soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Daha əvvəl müzakirəsi bir neçə dəfə təxirə salınan layihə 54 lehinə, 42 əleyhinə və 3 bitərəf səslə qəbul olunub.
Layihənin ilk şəklində yer verilən ümumi ifadələr yenidən gözdən keçirilib və qeyd edilib ki, burada söhbət ponti yunanları və ermənilərdən gedir. Onu da bildirək ki, daha əvvəl analoji addımı Fransa da atıb və bu ölkədə qondarma erməni “soyqırımının” inkarı cinayət hesab olunur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

