/ / Akif Əlizadə: Elektron dövlət quruculuğuna həsr olunan konfrans elmi ictimaiyyət üçün mühüm hadisədir
Akif Əlizadə: Elektron dövlət quruculuğuna həsr olunan konfrans elmi ictimaiyyət üçün mühüm hadisədir
05.12.2014 [10:06]
“Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı” (“BakuTel 2014”) çərçivəsində dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” I respublika elmi-praktiki konfransı keçirilib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil olunub.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirib.
A.Əlizadə ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və ildən-ilə daha da genişləndiyini vurğulayıb. Ölkəmizdə ilk təşəbbüs olan bu tədbirin elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən akademik bildirib ki, konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Bu, elektron dövlət quruculuğunun geniş və əhatəli bir proses olduğunu təsdiqləməklə yanaşı, alim və mütəxəssislərin məsələyə geniş aspektdən yanaşdığını göstərir.
Rabitə və yüksək texnologiyalar naziri akademik Əli Abbasov konfransda “Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə e-dövlətin formalaşdırılması ilə bağlı qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında danışaraq deyib ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində davam etdirilir. Ə.Abbasov Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda görülən işlər, e-xidmətlərin təşkili haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurları və növbəti mərhələdə bu istiqamətdə həyata keçiriləcək tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin “Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. R.Əliquliyev e-elmin şəbəkə infrastrukturunun mövcud vəziyyəti və problemlərindən söz açaraq bildirib ki, bu sahə AMEA-nın bütün institut və təşkilatlarını əhatə edən AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. AzScienceNet AMEA-nın Naxçıvan, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yerləşən elmi qurumlarını əhatə edən geniş infrastruktura malikdir.
Elmin informasiyalaşdırılması vəziyyətindən danışan məruzəçi vurğulayıb ki, AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılıb. Hazırda AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır.
Alim öz çıxışında elmin informasiyalaşdırılması sahəsində mövcud problemlərə də toxunub: “70 il ərzində alimlərimiz tərəfindən milli-mənəvi dəyər daşıyıcıları olan çox sayda kitablar, muzey eksponatları, fauna və flora və s. kimi elmi əsərlər hazırlanmışdır. Onların rəqəmsallaşdırılaraq internet mühitində yerləşdirilməsi aktual problemlərdən biridir”.
Sonda akademik R.Əliquliyev qeyd olunan problemlərlə bağlı bir sıra təkliflər irəli sürüb. Bildirib ki, bu gün “Elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramı”nın işlənilməsi zəruriyyəti yaranıb. E-elmin maddi-texniki bazasını gücləndirilməsi, alim və mütəxəssislərin iş şəraitinin yaxşılaşdırılması və onların inkişaf perspektivlərini nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutunun ərazisində “Elektron Elm Mərkəzi”nin yaradılması məqsədəuyğun olardı.
Konfransın plenar iclasında həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Cavid Abdullayev çıxış ediblər.
Konfrans işini üç paralel bölmə iclasında davam etdirib. İclaslarda e-dövlətin intellektuallaşdırılması konsepsiyası, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və digər mövzularda məruzələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43

