Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müstəqil dövlətimizlə fəxr edir

Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müstəqil dövlətimizlə fəxr edir

30.12.2014 [09:31]

Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə olunması dövlətimizin imkanlarının genişlənməsinə əsaslı zəmin yaradıb. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin rəhbər tutulması ölkənin maliyyə imkanlarının genişlənməsində, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasında öz əksini tapıb. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizinə sahib olan Azərbaycanın iştirakı olmadan bölgədə hansısa layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin nüfuzunun və siyasi çəkisinin təsdiqidir. Təbii ki, bu nailiyyətlərə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində nail olunub.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın hər bir şəhər və rayonu yüksək səviyyədə inkişaf edib. Bu gün paytaxtımız Bakı Avropanın ən gözəl, inkişaf etmiş şəhərlərindən birinə çevrilib. Eləcə də, regionlarımız sürətlə inkişaf edir, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız son illərdə müasirləşib, hər yanda quruculuq, yaradıcılıq hökm sürür.
Təbii ki, regionların, o cümlədən, Bakı şəhəri və onun qəsəbələrinin inkişafı istiqamətində həyata keçirilən Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası təkcə regionların, Bakı şəhəri və onun ətraf qəsəbələrinin inkişafına təkan verməyib. Bu, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Həmçinin, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Azərbaycanın xarici siyasət sahəsində də əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu əsaslı şəkildə möhkəmləndirib. Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, təşkilata sədrlik etməsi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi, bir çox beynəlxalq təşkilatlarda uğurla iştirak etməsi ölkəmizin beynəlxalq proseslərdə də müvəffəqiyyətlə təmsil olunmasının təsdiqidir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının ev sahibliyi haqqının Azərbaycana həvalə olunması ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların dünya miqyasında təqdir olunması, eyni zamanda, Azərbaycanda bütün sahələrin inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsini təsdiq edir.
Əlbəttə ki, Azərbaycanın belə uğurlu inkişafı hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı güclü, öz maraqlarını və vətəndaşlarının mənafeyini yüksək səviyyədə qoruyan, inkişaf edən müstəqil Azərbaycan dövləti ilə fəxr edir. Ona görə də, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ikiqat bayram sevinci ilə qeyd edirik.
Mən də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını təbrik edir, gələcək illərdə daha böyük nailiyyətlər arzulayıram!
Əli Ömərov,
Sabiq baş prokuror,
Yeni Azərbaycan Partiyasının üzvü

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31