Krımın işğalına görə Rusiyanın AŞ PA-dakı səsvermə hüququ əlindən alındı
30.01.2015 [10:03]
İkili standartlarla çıxış edən qurum nədənsə hələ 2005-ci ildə qəbul etdiyi və Ermənistanın işğalçılıq siyasətini pisləyən qərarını icra etməyə tələsmir
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan çıxış etməsinin çox şahidi olmuşuq. Növbəti belə bir addım yanvarın 28-də Strasburqda atıldı. Doğrudur, məsələ bilavasitə Rusiya Federasiyası ilə bağlı olsa da, onun dolayısı ilə həm də Azərbaycana dəxli var.
Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası keçirilir. Gündəliyə əsas məsələ kimi Ukraynadakı humanitar vəziyyətin daxil edilməsi ona dəlalət edirdi ki, budəfəki qış sessiyası avropalı parlamentarlar üçün çox “isti” keçəcək. Elə də oldu. Sessiyanın üçüncü iş günündə qızğın müzakirələrdən sonra AŞ PA Ukraynanın Krım bölgəsini işğal etdiyinə görə Rusiya Federasiyası nümayəndə heyətinin qurumun seçkili orqanlarında, o cümlədən, ümumiyyətlə, təşkilatın işində səsvermə hüququnun dayandırılmasına dair qərar qəbul etdi. Axşam saatlarında yayılan bu məlumat Rusiyanın, eləcə də Avropanın aparıcı KİV-lərinin, demək olar ki, baş xəbərinə çevrildi. Məsələ ilə bağlı media nümayəndələrinə açıqlama verən AŞ PA-dakı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bildirib ki, qərara əsasən, nümayəndə heyətinin mandatı qurumun növbəti - aprel ayında keçiriləcək yaz sessiyasınadək dayandırılır. “AŞ PA-nın rəhbərliyini xəbərdar etmişdik ki, əgər Rusiya nümayəndə heyətinin əsas hüquqları əlindən alınacaqsa, biz bu təşkilatla əməkdaşlığımızı kəsəcəyik. Odur ki, Rusiya nümayəndə heyəti 2015-ci ilin sonunadək təşkilatdakı fəaliyyətini dayandıracaq və ölkənin, ümumiyyətlə, Avropa Şurasına üzvlük məsələsinə yenidən baxılacaq”, - deyə A.Puşkov vurğulayıb. Onun sözlərinə görə, sonuncu qərar nəticəsində, əslində, Rusiya deyil, Avropa itirəcək. “Belə bir qeyri-düzgün qərarı qəbul etdiklərinə görə, Parlament Assambleyasını “təbrik edirik”. Hesab edirik ki, bu qərar, əslində, ümumavropa parlamentlərarası əlaqələrə çox mənfi təsir edəcək. Çünki Rusiyasız bu təşkilatda aparılan müzakirələr boş və mənasız olacaq”, - deyə Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri vurğulayıb.
Bu, məsələnin bir tərəfi. Və, əslində, Avropanın, nəhayət, öz demokratik dəyərlərinə sahib çıxmasını - dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını dəstəkləməsini - alqışlamaq da olardı. Amma... Məsələ burasındadır ki, həmin AŞ PA-nın düz 10 il əvvəl - 2005-ci ilin yanvarında keçirilən qış sessiyası zamanı qəbul edilən 1416 saylı qərarında Ermənistanın işğalçı dövlət olduğunu təsdiqlənməklə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərinin - Dağlıq Qarabağ və ətraf rayonların separatçı qüvvələrin nəzarəti altında olduğu xüsusi olaraq vurğulanırdı. Bəs ötən 10 il ərzində nə dəyişdi? Azərbaycan torpaqlarının 20 faizini 20 ildən artıq müddətdə işğal altında saxlayan Ermənistana qarşı hər hansı adekvat tədbirlər görüldümü? Avropa demokratik dəyərlərinin təməl prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyünü silah gücünə pozduğuna görə Ermənistana qarşı hər hansı ciddi bir ölçü götürüldümü? Ermənistanın qurumdakı nümayəndə heyətinin səsvermə hüququ dayandırıldımı? Yaxud Ermənistanın Avropa Şurasına üzvlükdən çıxarılması məsələsi qaldırıldımı? Əfsuslar olsun ki, ötən 10 ildə bütün bunların heç biri baş vermədi. Avropa yenə də Azərbaycana qarşı ikili standartlardan çıxış edir.
Göründüyü kimi, Avropa, eləcə də dünyanın aparıcı beynəlxalq siyasi təşkilatları Azərbaycana qarşı ikili standartlar oyununu hələ də davam etdirməkdədirlər. Bəs Rusiyaya qarşı AŞ PA-da qəbul edilən bu son qərar avropalı parlamentarlar üçün bir presedent rolunu oynayacaqmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43

