Siyavuş Novruzov: Desələr get Prezident Administrasiyasının qabağında beş gün otur, oturacaq
12.02.2015 [10:05]
“Azərbaycanda AXCP adında siyasi partiya yoxdur. AXCP, sadəcə olaraq, xarici təşkilatlara, ayrı-ayrı qurumlara, erməni lobbisi tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatlarına işləyən, dəstək verən bir qurumdur”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov iqtidar-müxalifət dialoqu ərəfəsində digər müxalifət partiyalarından fərqli olaraq, AXCP-nin bu missiyaya qatılmağı “müxalifətçiliyə xəyanət” kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib.
S.Novruzov vurğulayıb ki, “cəbhəçilər” daim digər qüvvələrin əlaltısı kimi Azərbaycanda mövcud olan dialoq mühitindən qaçıb və onların bu kimi cəhdləri məhz xarici dairələr tərəfindən idarə edilir: “Bunlar da həmin ölkələrin, təşkilatların tapşırığı əsasında hərəkət edirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar hakimiyyət tərəfindən irəli sürülən iqtidar-müxalifət dialoqu təklifini alqışlayır və iştirakları üçün bəyanatlarını veriblər. Amma görünür, Əli Kərimlinin qulluq etdiyi təşkilatlar onun dialoqda iştirak etməsinə icazə verməyiblər. Bu da aydın məsələdir”.
Siyavuş Novruzov bildirib ki, Əli Kərimli və onun ətrafındakılar ümumiyyətlə, “Azərbaycan maraqları” adı altında simulyasiyalar edir, bu vasitə ilə xaricdəki havadarlarının təlimatlarını, sifarişlərini reallaşdırmağa çalışır: “Əgər Azərbaycanın maraqlarını müdafiə edirsənsə, onun gələcək inkişafı, siyasi sisteminin formalaşması ilə əlaqədar hər hansı bir təklifin, rəyin varsa buyur, müzakirələrdə iştirak et, təkliflərini ver. Təəssüflər olsun ki, buna Əli Kərimlinin nə siyasi potensialı, nə də xidmət göstərdiyi əhatə imkan vermir”.
Millət vəkili xatırladıb ki, AXCP-nin bu kimi oyunbazlığı birinci dəfə baş vermir: “AXCP illərdir ki, xarici dairələr tərəfindən maliyyələşdirilir. Bunu, hətta rayon təşkilatlarından istefa verən nümayəndələri də etiraf ediblər. Xidmət etdiyi müxtəlif ölkələrin səfirləri, təşkilatları ona tapşırsalar ki, bu gün Prezident Administrasiyasının qarşısında beş gün otur, həmin beş günü də orada oturacaq. Tapşırsalar ki, başqa hərəkət et, edəcək. Bu insan nə dövlətçilik, nə də xalqın maraqlarını düşünmür. O ancaq şəxsi marağından və qulluq etdiyi dairələrin maraqlarından çıxış edir”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

