/ / Siyavuş Novruzov: Əli Kərimli xarici dövlətlərin təhriki ilə yürütdüyü siyasətlə gəncləri yoldan çıxarıb
Siyavuş Novruzov: Əli Kərimli xarici dövlətlərin təhriki ilə yürütdüyü siyasətlə gəncləri yoldan çıxarıb
13.02.2015 [10:04]
“Bu gün (yəni, dünən-red.) keçirilən iqtidar-müxalifət görüşünü çox yüksək qiymətləndirirəm. Doğrudan da, həm orada müzakirə olunan məsələlər, həm də qəbul olunan qərarlar çox mühümdür”. Bu sözləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, bu görüşdə qərar qəbul olundu ki, mütəmadi olaraq iki aydan bir belə görüşlər keçirilsin, həmçinin, Azərbaycanda qeydiyyatdan keçmiş istənilən aktiv siyasi partiya bu görüşdə iştirak edə və hər kəs məqbul bildiyi mövzunu qabaqcadan təqdim edə bilər: “Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarı hər bir idarəetmə sistemində olduğu kimi, siyasi sistemdə də şəffaflığın təmin olunmasına, dövlət idarəçiliyində siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının iştirakına xüsusi əhəmiyyət verir və bu addımları atır”.
Onun sözlərinə görə, təəssüflər olsun ki, yenə də cılız xisləti ilə özünü bu məsələlərdən kənarda saxlayan və cəmiyyətdən təcrid edən bəzi təşkilatlar var: “Bu da təbiidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasında düşünmürlər ki, o görüşdə olanlar Əli Kərimli ilə bir masa ətrafında oturmaq istəyirlər, ya yox. Təbii ki, yox. İkinci bir məsələ odur ki, Əli Kərimli AXCP-ni zəbt edəndən sonra orada ictimai-siyasi sistemin formalaşdırılması, kadrların yetişdirilməsi halları baş verməyib. Əksinə, onun xarici dövlətlərin təhriki ilə yürütdüyü siyasətlə gəncləri yoldan çıxarıb onları qanun əleyhinə, dövlət əleyhinə, kütləvi aksiyalarda əhalinin mülkiyyəti əleyhinə cinayətlərə yönəltməsi, gənclərə və digər partiya üzvlərinə xaricdən maliyyə alıb QHT-lər vasitəsilə mənimsəməsi, xarici dövlətlərə işləmək, xarici dövlətlərdən, hətta ermənilərdən pul almaq yollarını öyrətməsi nəticəsində onların bir hissəsi həbsxanaların “planını doldurur”, digər hissəsi isə yalandan sığınacaq alıb Avropanın küçələrini süpürməklə məşğuldurlar. Əli Kərimlinin yetişdirdiyi belə insanlardır. Bu cür potensiala malik adam dialoqda hansı haqla iştirak edə və yaxud ona qarşı hər hansı bir fikir söyləyə bilər? Çünki özünün heç bir potensialı yoxdur ki, orada da hər hansı bir təklif irəli sürsün”.
S.Novruzov Müsavat Partiyasının da dialoqda iştirak etməməsi məsələsinə münasibət bildirib: “Müsavat Partiyasında legitimlik yoxdur. Müsavat Partiyasının bir sədri Amerikadadır, bir sədri də buradadır. Yəni, burada Müsavat Partiyasını hansı tərəfin təmsil edəcəyi ilə bağlı ciddi problemlər var. Partiyanı biri bir tərəfdən mənimsəyib, digərlərinin hüquqlarını, söz azadlığını, fikir azadlığını pozur və belə olan təşkilat gəlib dialoqa qatıla və dəyərli bir təklif verə bilməz. Öz aralarında, öz partiyalarında dialoq yarada bilməyənlər cəmiyyətlə, dövlət və yaxud iqtidarla hansı dialoqa gedə bilərlər?”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05

