“Səs” media qrupunun hazırladığı “Xocalıda son gecə” filminin təqdimatı olub
27.02.2015 [01:06]
Ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı bəşər tarixində silinməz iz buraxıb. Bir gecədə yer üzündən silinən Xocalı şəhərində 613 dinc sakin, o cümlədən, 63 uşaq, 106 qadın və 70 ahıl insan sırf azərbaycanlı olduqlarına görə erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu fikir fevralın 26-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində “Səs” media qrupunun hazırladığı “Xocalıda son gecə” filminin təqdimat mərasimində səsləndirilib.
Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra “Xocalıda son gecə” filminə baxıblar.
“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev tədbiri açaraq faciənin dəhşətlərinin olduğu kimi əks etdirilməsi baxımından filmin əhəmiyyətini xüsusi vurğulayıb. Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu qeyd edən B.Quliyev bu faciənin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.
Xocalı soyqırımının tariximizin ən qanlı səhifələrindən olduğunu vurğulayan Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanın bütün sahələrdə qüdrəti artdıqca ölkəmizlə bağlı həqiqətlər də beynəlxalq ictimaiyyət tərəfindən dinlənilir, qəbul olunur. Milli Məclisin sədr müavini Xocalı faciəsini törədənlərin tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlarını diqqətə çatdıraraq əsas fəaliyyətin bu soyqırımının hüquqi aspektlərinə yönəlməsinin vacibliyini qeyd edib.
Milli Məclisin sədr müavini Xocalı faciəsinin dəhşətlərini əks etdirən belə bir filmin hazırlanmasına görə təşəkkürünü bildirib, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılması prosesində gənclərin fəallığını yüksək qiymətləndirib.
Tədbirdə Milli Məclisin deputatları Rövşən Rzayev, Kamilə Əliyeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Mətbuat Şurası idarə heyətinin üzvü Müşfiq Ələsgərli, Xocalı şəhərinin o vaxtkı polis rəisi Sabir Məmmədov, YAP GB-nin ofis rəhbəri Əli Pənahov və digər fəal gənclər çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri qanlı qırğınların gənclərimiz tərəfindən öyrənilməsi baxımından belə təşəbbüslərin vacibliyindən danışıblar.
İdeya müəllifi Bəhruz Quliyev, rejissoru Bəxtiyar Məmmədov olan “Xocalıda son gecə” filmində soyqırımı şahidlərinin ifadələri və bu qanlı qətliamın dəhşətlərini əks etdirən görüntülər yer alıb.
Xəbər lenti
Hamısına baxSosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34

