Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən xüsusi qayğı göstərilir

Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən xüsusi qayğı göstərilir

18.03.2015 [10:10]

Bu təbəqədən olan insanların problemlərinin həlli sosial siyasətin əsas tərkib hissəsidir
Məlum olduğu kimi, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində xüsusi dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi ilə qeyd olunmalıdır. Elə Qarabağ qazisi Laçın Orucov da bu diqqət və qayğı ilə əhatə olunub.
Vətənin ağır günlərində onun çağırışına hay verib döyüşə gedən igid oğullardan biri ilə - Qarabağ qazisi Laçın Orucovla əziz bir gündə - İlaxır çərşənbədə görüşdük. Çay süfrəsi ətrafında etdiyimiz söhbət zamanı L.Orucov ümumiyyətlə, Qarabağ əlillərinin, şəhid ailələrinin və müharibə veteranlarının dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi.
Qeyd edək ki, 1970-ci ildə Bakı şəhərində anadan olan, 1990-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra milis orqanlarına işə düzələn Laçın Orucov ağır döyüşlərin getdiyi Goranboy, Ağdam, Qubadlı, Tərtər bölgələrində Vətənin müdafiəsinə qalxan igid döyüşçülərlə bərabər çiyin-çiyinə vuruşub: “Həmin ağır günlərdə yaşından, statusundan asılı olmayaraq, hər bir igid Azərbaycan oğlu döyüşə can atırdı. Bəli, döyüşə məhz bizlər getməli idik. O anlarda evdə otura bilməzdik. Çünki torpaq darda idi. Biz də onun çağırışına səs verib döyüşə yola düşdük. 1994-cü ilin aprel ayında mən Tərtər rayonunun Qapanlı kəndində gedən döyüşlərin birində ağır yaralandım və sağlamlığımı itirdim... Amma həyat davam edir”...
Həmsöhbətim Azərbaycan dövlətinin diqqət və qayğısından razı olduğunu vurğulayıb: “Çox şükür, dövlət bizə yüksək səviyyədə diqqət və qayğı göstərir. Ev də verilib, maşın da. Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasət Azərbaycanın hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq Fərman və sərəncamları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir. O, bizim qayğımıza qalır. Cənab Prezident demişdi ki, O, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Gedin bizim yaşadığımız bu binada yaşayan və eləcə də digər Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid alilələrindən soruşun, elə bir adam tapa bilməzsiniz ki, narazı olsun. Çox şükür, dövlətimiz inkişaf edir, bu gün bu inkişafı görməmək üçün kor olmaq lazımdır. Dövlətin göstərdiyi diqqət və qayğını biz hər zaman öz üzərimizdə hiss edirik. İndi bəzi qüvvələrin gözü dövlətimizin inkişafını götürmür və hər vəchlə istəyirlər ki, ölkəmizə qara yaxsınlar. Bu onların artıq sümüyünə işləyib. Dövlətin Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlara göstərdiyi diqqət və qayğı eyni zamanda, gənclərimiz üçün də bir örnəkdir. Yəni, gənclər görürlər ki, dövlət heç vaxt Vətən yolunda canını fəda etmiş oğullarına qarşı biganə qalmır”.
L.Orucov sonda əmin olduğunu bildirib ki, məhz dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində düşmən üzərində həlledici qələbə qazanacağıq və tezliklə işğal edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq.
Onu da bildirək ki, dövlətin yüksək diqqət və qayğısı, müharibə əlillərinin və şahid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər müharibə həyatının ağrı-acılarını yaşamış, Qarabağın müdafiəsi uğrunda öz sağlamlıqlarını itirmiş digər Qarabağ əlilləri tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, qəzetimizə açıqlama verən II qrup Qarabağ müharibəsi əlili Vəfalı Sofiyev də dövlətin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yüksək dliqqət və qayğı göstərdiyini söyləyib. Onun sözlərinə görə, dövlətin imkanları artdıqca bütün vətəndaşlara, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət daha da artırılıb: “Azərbaycan hökuməti bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirməklə, müharibə əlillərinin və şahid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılmasına nə qədər əhəmiyyət verdiyini göstərir”.
Vəfalı Sofiyev deyib ki, 1999-cu ildə dövlət ona avtomobil hədiyyə edib. Daha sonra isə o, evlə təmin olunması ilə bağlı şad xəbəri alıb: “2001-ci ildə ev növbəsinə də yazılmışdım. Qardaşımgillə bir həyətdə kiçik bir evdə yaşayırdıq. Bir də zəng gəldi ki, dövlət sənə ev verir. Bunun mənim üçün nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Bir insan üçün evdən gözəl hədiyyə ola bilərmi? Dövlət mənə ev hədiyyə edib, daha bundan başqa nəsə istəmək olar? Özü də ev hər cür şəraitlə təmin olunub. Yüksək səviyyədə təmirlidir. Artıq 7 ildir bu evdə yaşayırıq və bu illər ərzində evdə heç bir təmir işi görməmişəm”.
Elə bizimlə həmsöhbət olan II qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Bəhrəmov da müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün çoxsaylı davamlı tədbirlər görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, əlil və şəhid ailələri mənzil və avtomobillərlə təmin olunur, pensiya və müavinətlər davamlı olaraq artırılır: “Biz bütün bunları müsbət qarşılayır, öz məmnunluğumuzu bildiririk. Bu gün hər bir Azərbaycan vətəndaşı dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Bu, bütün təbəqələrə aiddir. Məhz müharibə əlillərinin, veteranların və şəhid ailələrinin yüksək dövlət qayğısı ilə əhatə olunması bunun bariz nümunəsidir”.
F.Bəhrəmov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil və ya şəhid olmuş insanların ailə üzvlərinə yüksək qayğı göstərilməsi çox müsbət haldır. Bu qayğı təkcə müharibə əlillərinə, veteranlara, şəhid ailələrinə, aztəminatlı və ya xüsusi diqqətə ehtiyacı olanlara deyil, bütövlükdə, hər bir Azərbaycan vətəndaşınadır: “Prezident İlham Əliyev qəbul etdiyi bütün qərarlarda Azərbaycan vətəndaşının mənafeyini əsas götürür. Qəbul edilən qərarlar yüksək diqqət və qayğı nümunəsidir və bizi çox sevindirir, vətəndaşların dövlətə inamını daha da artırır. Bu gün hər bir vətəndaşımız güclü, qüdrətli Azərbaycanla fəxr edir”.
Oktay

Paylaş:
Baxılıb: 690 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31