Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib
01.04.2015 [09:59]
Martın 31-də Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib.
Konfransda Asiya, Afrika, Yaxın Şərq və Avropadan 78 dövlətin nümayəndələri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının təmsilçiləri də iştirak ediblər.
İclası açan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah konfransın işinə uğurlar arzulayaraq müasir dövrdə baş verən silahlı münaqişələr zamanı əziyyət çəkən insanlara yardım etməyin zəruriliyindən danışıb.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun çıxış edərək Suriyada davam edən silahlı toqquşmalar nəticəsində humanitar fəlakətin yarandığını və bu münaqişənin tezliklə sona çatması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
BMT-nin baş katibi bildirib ki, daxili münaqişə irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunur ki, bu da yerli əhalinin qaçqın düşməsi ilə nəticələnir. Minlərlə insan - uşaqlar və qocalar evsiz, qidasız qalıb. Onlara yardım üçün konfransda iştirak edən donor ölkələr öz səxavətlərini göstərməlidirlər.
Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, baş katibin humanitar yardımlar üzrə köməkçisi Valeri Amos, İordaniyanın və Livanın Baş nazirləri çıxış ediblər.
Suriyada davam edən münaqişə haqqında film nümayiş olunub.
Konfransda iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov tədbirə dəvətə və təşkilatçılığa görə Küveyt Dövlətinə və BMT-nin baş katibinə təşəkkür edərək deyib ki, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub. Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir.
Əli Həsənov bildirib ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir. 20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır. Hazırkı konfrans bizim üçün çox ağrılı bir günə təsadüf edir. 1918-ci il martın sonunda ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən qırğınlar törədildiyi üçün 1998-ci il ildən etibarən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu gün bizi narahat edən məsələlərdən biri də budur ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir. Hesab edirik ki, konfrans zamanı toplanılan yardımlar yuxarıda qeyd edilən qeyri-qanuni məskunlaşma üçün deyil, məhz Suriya qaçqınlarının mühüm humanitar ehtiyaclarının ödənilməsi və həyat şəraitinin bərpası məqsədilə istifadə edilməlidir.
Azərbaycana gəlincə deyə bilərəm ki, dövlətimiz Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar nəticəsində artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir. Dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, həmçinin Heydər Əliyev Fondu Pakistan, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, Rusiya, Fransa, İtaliya, Vatikan, Bosniya və Herseqovina və başqa ölkələrdə humanitar və inkişaf məqsədli layihələri həyata keçirməkdə davam edir.
Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, bu nəcib missiyanın davamı kimi, Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir. Ümid edirik ki, Suriyada baş verən münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq və uzun müddət əziyyət çəkən Suriya xalqı beynəlxalq ictimaiyyətin səyləri ilə yenidən normal həyat şəraitlərinin bərpasına nail olacaq.
Konfransda ABŞ-ın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Danimarkanın, İsveçin, Türkiyənin, Almaniyanın və digər dövlətlərin təmsilçiləri çıxış edərək Suriyaya öz yardımlarını təklif ediblər.
* * *
Martın 31-də Küveyt Əmirliyinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirin müavini Əli Həsənov bir sıra görüşlər keçirib. Baş nazirin müavini Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabah, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, Küveyt Dövlətinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Məhəmməd Xalid Əl-Sabah, BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq, Küveytin vəqflər nazirinin müavini, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri doktor Adil Əl-Fələh ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Görüşlərdə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

