/ / Siyavuş Novruzov NATO PA-nın Rouz-Rout seminarında Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib
Siyavuş Novruzov NATO PA-nın Rouz-Rout seminarında Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib
01.04.2015 [10:01]
Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilib. Seminarda Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev iştirak ediblər. NATO-nun bu mötəbər tədbirində əsas məruzə ilə Serbiya Baş nazirinin müavini, xarici işlər naziri, hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib.
Plenar iclasda çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən MM-in deputatı Siyavuş Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirib. Azərbaycanlı millət vəkili qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıduran tərəfələrə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən Siyavuş Novruzov bu qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini plenar iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən MM-in deputatı Siyavuş Novruzov ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiq edilməsini tələb edib.
MM-in deputatı Siyavuş Novruzov daha sonra öz çıxışında NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçrilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, digər ölkənin ərazilərini işğal etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçrilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini nəzərə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı öləkələrin nümayəndələrinin rəsmi Yerevan tərəfindən təhqir edilməsindən, Moldova Respublikasının Ombudsmanının obyektiv çıxışına görə Yerevanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki Azərbaycan vətəndaşı üzərində qondarma məhkəmə prosesindən və hələ də onların girovluqda saxlanmasından bəhs edən Siyavuş Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

