/ / Bahar Muradova: Azərbaycana təzyiq göstərmək çağırışları ölkəmizi gözü götürməyən dairələrin işidir
Bahar Muradova: Azərbaycana təzyiq göstərmək çağırışları ölkəmizi gözü götürməyən dairələrin işidir
15.04.2015 [11:00]
“İstər ölkə içindən, istərsə də ölkə kənarından Azərbaycana təzyiqlər göstərmək istiqamətində çağırışlar Azərbaycanın müstəqil şəkildə inkişafını, müstəqil şəkildə iradə ortaya qoymasını, öz imkanlarını, resurslarını müstəqil şəkildə idarə etməsini və bunun da nəticəsində ən müxtəlif regional və beynəlxalq layihələr reallaşdırmasını gözü götürməyən dairələrin əməlləridir”. Bunu “Trend”-ə Azərbaycanda, guya, insan hüquqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova vurğulayıb ki, əgər Azərbaycan iqtisadi cəhətdən digər ölkələr kimi başqa dairələrdən, ayrı-ayrı ölkələrdən asılı olsaydı, onu idarə etmək daha asan olardı və belə məsələlərə də ehtiyac qalmazdı: “Azərbaycan özü öz taleyinin sahibidir və heç bir başqa ölkənin, təşkilatın, beynəlxalq dairənin köməyi olmadan öz problemlərini özü həll edir, ciddi bir təcavüz faktı ilə üz-üzə qalmasına baxmayaraq, bunun da nəticələrini özü müstəqil şəkildə aradan qaldırır və bununla bağlı qətiyyətli şəkildə öz mövqeyini ortaya qoyur”.
Vitse-spiker qeyd edib ki, Azərbaycan qarşılıqlı-faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasət yeritdiyi üçün bu regionda ən müxtəlif maraqlarını güdən dairələr öz planlarını reallaşdıra bilmədiklərindən bu cür idarə olunan, siyasətdə, ictimai həyatda uğur qazana bilməyən xırda-para adamların vasitəsilə beynəlxalq təşkilatlara, ölkə rəsmilərinə müraciətlər formasında Azərbaycanı gözdən salmağa çalışırlar: “Amma bu, birinci dəfə deyil, biz dəfələrlə belə hallarla rastlaşmışıq. Bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolu ilə çox inamla irəliləyir, yeni-yeni uğurlara imza atır və bütün beynəlxalq, regional və ölkədaxili layihələri də uğurla həyata keçirir. Bu dəfə də belə olacaq. İlk Avropa Oyunları ərəfəsidir. Hələ bu Oyunlar keçirilənə qədər və bundan bir müddət sonra bu cür hərəkətlər davam edəcək. Ona görə də bütün bunlardan çəkinmədən və buna qarşı müxtəlif təsirli tədbirlər görməklə Azərbaycan öz planlarını həyata keçirəcək. Buna hər kəs - dostlarımız da, düşmənlərimiz də əmin olsun”.
Xəbər lenti
Hamısına baxElanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04

