Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15.04.2015 [11:11]
Aprelin 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Tatarıstan əlaqələrinin fəal inkişaf etməkdə olduğunu vurğulayan Baş nazir Artur Rasizadə Prezident Rüstəm Minnixanovun rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətinin bu səfərinin də qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə təkan verəcəyinə əminliyini bildirib. Tatarıstan ilə neft-kimya, maşınqayırma, məişət texnikası istehsalı, kənd təsərrüfatı, ərzaq sənayesi və digər sahələrdə əməkdaşlıq imkanlarına toxunan Baş nazir qeyd edib ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” Açıq Səhmdar Cəmiyyəti arasında yük maşınlarının yığımı və satışı üzrə saziş imzalandıqdan keçən qısa vaxt ərzində çox böyük işlər görülüb və artıq Gəncə avtomobil zavodunun bazasında “KamAZ” markalı yük maşınlarının yığım xətti açılışa tam hazırdır.
İş adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə bu açılış tədbirlərində iştirak etmək üçün respublikamıza səfərə gələn Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycanın dinamik inkişafının Tatarıstanda böyük maraqla izləndiyini və müstəqil respublikamızın son illərdə əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Tatarıstan Respublikasının Cənubi Qafqazda etibarlı tərəfdaş kimi Azərbaycan ilə daha sıx münasibətlərdə maraqlı olduğunu vurğulayaraq, səfər çərçivəsində iqtisadi, ticarət, mədəni, sosial və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələrin də aparılacağını bildirib.
Görüşdə faydalı əməkdaşlığın bir sıra aspektlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22

