Azərbaycana qarşı “qara piar” kampaniyası aparan “The Guardian” indi də UNİCEF-i hədəfə alıb
21.06.2015 [13:46]
Dünya ictimaiyyəti belə manipulyasiyaların məqsədinin məhdud geopolitik maraqlarla əlaqəli olduğunu yaxşı anlayır
İctimai-siyasi sabitliyin təmin olunduğu, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın inkişafı davamlı xarakter daşıyır. Ölkəmizin tərəqqisini göstərən başlıca fakt bütün sahələrin paralel inkişafıdır. Məhz iyunun 12-də baş tutan ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi də ölkəmizin qüdrətini nümayiş etdirmiş oldu. Yerli və xarici ekspertlər də bu qənaətdədirlər ki, ölkəmizdə keçirilən bu mötəbər beynəlxalq tədbir Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə kimi xarakterizə edilməlidir.
İlk Avropa Oyunlarının əhəmiyyətindən, ölkəmizə gətirdiyi dividendlərdən, Avropa ailəsinin inteqrasiyasına verdiyi töhfələrdən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, bəzi dairələrin bu kontekstdə apardığı “qara piar” kampaniyası da fiaskoya uğradı. Daha dəqiq desək, erməni lobbisinin, anti-Azərbaycan şəbəkənin təsirində olan bəzi beynəlxalq təşkilatların birinci Avropa Oyunlarını “boykot” çağırışı, xarici KİV-lərdə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv kampaniya açılış mərasimindən sonra iflasa uğradı. Amma anti-Azərbaycan şəbəkə birinci Avropa Oyunlarına qarşı öz uğursuz fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir zamanlar dünyaya azad söz dəyərlərini, jurnalistlərin peşə kodeksini təqdim etmiş Britaniya mediası indi bu dəyərləri və peşə prinsiplərini kobudcasına pozmaqdadır. BBC, “The Guardian”, “The İndependent” kimi Britaniya KİV-ləri qərəzli kampaniyaya öncüllük edirlər. Qeyd edək ki, “The Guardian” aldığı sifarişə uyğun olaraq bu dəfə UNİCEF-i birinci Avropa Oyunlarına “dəstək vermək”də və “Oyunların tərkib hissəsi”nə çevrilməkdə ittiham edir.
Qəzetimizin bundan öncəki sayında qeyd etmişdik ki, UNİCEF-lə bağlı spekulyasiya xarakterli məlumatların dövriyyəyə buraxılması təsadüfi və təəccüblü deyil. Amma öncə o vurğulanmalıdır ki, UNİCEF humanitar missiya daşıyan, uşaq və yeniyetmələrin hüquqlarını müdafiə edən təşkilatdır. Qərb ölkələrinin dövlət büdcəsindən maliyyələşən, aldıqları maliyyəni doğrultmaq üçün açıq şəkildə qərəzli fəaliyyətlə məşğul olan beynəlxalq QHT-lərdən fərqli olaraq UNİCEF BMT tərəfindən təsis edilib. UNİCEF-in fəaliyyət və hədəfləri də ilk Avropa Oyunlarının məramına uyğundur. Təşkilat rəsmən bəyan edir ki, birinci Avropa Oyunları ilə əməkdaşlıq təhlükəsizlik hüququnun, təcrid olunmuş uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasında bir vasitə kimi idmanın rolunun təbliği məqsədi güdür. Həqiqətən də, Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsidir. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar - sülh, həmrəylik, sosial inteqrasiya haqqında məlumatlar alırsa, nə səbəbə UNİCEF bu Oyunların tərkib hissəsi olmalıdır?
Qeyd etdiyimiz kimi, bəhs olunan nəşrdə dərc edilmiş yazıda digər beynəlxalq QHT-lərin, hüquq müdafiəçilərinin ölkəmizdə fəaliyyətinin məhdudlaşdırıldığı, UNİCEF-in fəaliyyətinə isə imkan yaradıldığı iddia olunur. Bu iddia özlüyündə yazıda qoyulmuş bir çox suallara dolayı cavab da sayıla bilər. Deməli, Azərbaycanın milli qanunvericiliyini, öz nizamnamələrini pozmayan, qanunamüvafiq şəkildə ölkəmizdə qeydə alınan istənilən təşkilatın fəaliyyətinə maneə yoxdur. Ölkəmizə jurnalist kimi gəlib idman yarışlarını işıqlandırmaq istəyən heç bir media nümayəndəsinə də maneə yaradılmadı. Bunun üçün əvvəlcədən müəyyənləşdirilmiş prosedurlara əməl edib akkreditasiyadan keçmək lazım idi.
Bütün hallarda, “The Guardian” kimi nəşrlərin spekulyasiya cəhdləri səmərəsiz və əhəmiyyətsizdir. Çünki Azərbaycana qarşı “qara piar” kampaniyasının bütün elementləri “bumeranq” effekti verərək həmin dairələrin özünə qarşı yönəlir. Həm Azərbaycan xalqı bu qüvvələrin mahiyyətini bir daha özlüyündə yəqin edir, həm də dünya ictimaiyyəti belə manipulyasiyaların məqsədinin məhdud geopolitik maraqlarla əlaqəli olduğunu yaxşı anlayır.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43

