Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyəli müşahidəçilər: Azərbaycanda seçkilər Avropa standartlarına uyğun keçirilir

Türkiyəli müşahidəçilər: Azərbaycanda seçkilər Avropa standartlarına uyğun keçirilir

02.11.2015 [11:03]

Sumqayıtda dörd seçki dairəsini əhatə edən bir neçə məntəqədə Azərbaycan parlamentinə keçirilən seçkiləri izlədik. Seçkilərə hazırlıq səviyyəsindən, seçicilərin fəallığından razı qaldıq. Məntəqələrdə siyasi prosesi azad şəkildə izləmək məqsədilə müşahidəçilər üçün xüsusi yerlər ayrılıb. Dünyada demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyi öyrənmək üçün “exit-poll”-dan geniş istifadə edilir.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyətinin üzvləri İlhan Aküzüm, Engin Köklüçınar və Cengiz Güldamlası bildiriblər.
“Bizim vəqfin nümayəndələri Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində hər zaman yaxından iştirak edirlər. Bu dəfə də seçkilərin milli qanunvericiliyə və beynəlxalq demokratik standartlara uyğun olaraq keçirildiyi qənaətinə gəldik. Azərbaycanda keçirilən seçkilər Avropa standartlarına uyğundur. Vətəndaş məmnunluğu, ölkənin inkişafı xoş təəssürat yaradır. Azərbaycanda gördüklərimizdən qürur duyduq”, - deyə nümayəndə heyətinin üzvləri bildiriblər.
Türkiyəli müşahidəçilər deyiblər ki, Azərbaycan sürətlə inkişaf edir. Bir ildə bir neçə ilin işi görülür. Seçki məntəqələrinə gələn insanların çöhrəsində sevinc və razılıq hiss olunur.

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31