"Reket"çiliklə məşğul olan daha bir neçə qəzet və jurnalın adı məlum oldu
02.04.2009 [10:22]
Onun sözlərinə görə, komissiyanın müxtəlif idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan aldığı şikayətlər bundan iki dəfə çoxdur: “Hələlik digər qismə irad, tövsiyə və xəbərdarlıqları bildirməklə kifayətlənmişik. Təqdimatda sadəcə həmin nəşrlərdə peşə fəaliyyətinə nə dərəcədə sayğısızlıq göstərilməsi, belə hərəkətlərin xarakteristikası, sayı, Mətbuat Şurasının tövsiyə və iradlarına münasibət və digər amillər əsas götürülüb”.
V.Rəhimzadə “reket” qəzet və jurnallarla bağlı bəzi məqamlara da aydınlıq gətirib: “Bu siyahıda “Qanun və gerçəklik”, “Respublika qanunları”, “Dövlət qanunları” qəzetlərinin adlarının yer alacağı şübhəsizdir. Bu nəşrlərin rəhbərlikləri barədə inzibati orqanlarda cinayət işinə başlanılıb. Şantaj, hədə-qorxu yolu ilə pul tələbetmələr onlara belə aqibəti yaşadıb. Digər qrup nəşrlər “reket”çiliyin başqa üsuluna üstünlük verirlər. Onlar əvvəl konkret fakta, dəlil-sübuta əsaslanmayan yazılar dərc edir, sonra qəzetin həmin sayını müxtəlif yollarla aidiyyatı instansiyalara çatdırır, nəhayət özləri həmin ünvana baş çəkir, tələblərini irəli sürürlər. Bakıdakı 5 saylı doğum evinin də “Doğma respublika” qəzeti barədə şikayəti bu xüsusdadır”.
Komissiya sədri şuraya daxil olan digər şikayətlərdən də danışıb: “Qəzetlərin saylarının maliyyələşdirilməsi, yaxud bayramlar öncəsi maddi kömək üçün təkidli müraciətlər barədə şikayətlər də mütəmadi gəlməkdədir. “Azərbaycan Parlamenti”, “Müfəttiş”, “Bizim xəbər” qəzetlərinin istifadə etdikləri bu cür metodlar şikayətlər doğurub. Narahatlıq yaradan cəhətlər sırasında bir sıra nəşr rəhbərlərinin, əməkdaşlarının maklerlik, vasitəçilik, təftişçilik, “müdafiəçilik” funksiyalarını öz üzərlərinə götürmələri xüsusi yer tutur. “Məhkəmə və qanun” qəzetindən komissiyaya bu barədə şikayət daxil olub. Müraciətlərin digər qisminə görə, ayda, iki-üç ayda bir sayı çıxan qəzetlərin təhdid xarakterli anonslara, mətnlərə yer vermələri “reket”çilik anlayışını istər-istəməz göz önünə gətirir. Komissiya belə qəzetlər barədə ölçü götürülməsini də məntiqi sayır”.
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

