“Yeni hədəflər naminə”
25.12.2015 [09:46]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Əli Əhmədov: İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı daha möhtəşəm, daha əhəmiyyətli, daha əzəmətli uğurların şahidi olacaqdır
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yeni hədəflər naminə” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov yola salmaqda olduğumuz 2015-ci ili uğurlu adlandıraraq bunun ciddi əsaslarının olduğunu bildirib, bu ildə tariximizə yazılan mühüm hadisələrin yaşandığını qeyd edib. Baş nazirin müavini belə hadisələrdən birinin ölkəmizdə keçirilən parlament seçkiləri olduğunu vurğulayıb. O bildirib ki, YAP bu seçkilərdə yenə də qələbə qazandı: “Bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə sevgisi, Onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının cəmiyyətdə yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var”.
Möhtəşəm qələbədə YAP tərəfindən namzədliyi irəli sürülən hər bir üzvün şəxsi fəaliyyəti, cəmiyyətdə və ictimaiyyət arasında qazandığı şəxsi nüfuzunun da böyük rolu olduğunu qeyd edən Əli Əhmədov Milli Məclisdə təmsil olunmaq hüququ qazanmış deputatları təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.
YAP Sədrinin müavini bildirib ki, 2015-ci ilin yaddaqalan hadisələrindən biri kimi Birinci Avropa Oyunlarının respublikamızın ictimai- siyasi, idman həyatında oynadığı rol misilsizdir: “Bütün dünyaya növbəti dəfə göstərildi ki, Azərbaycan müasir, qüdrətli, inkişaf etmiş sivil ölkədir. Azərbaycanla bağlı xoş təəssüratların hələ də eşidilməsi ölkəmizə artan marağın ifadəsidir. Bütün dünya dövlətləri kimi Azərbaycan da 2016-cı ilə qədəm qoymağa hazırlaşır. Düşünürəm ki, bir çox ölkələrdə olduğu kimi qarşıdan gələn ildən də gözləntilərimiz çoxdur. Möhkəm təməl üzərində uğurlarını təkrarlayan Azərbaycan 2016-cı ildə də inkişafını yeni mərhələ və istiqamətlər üzrə davam etdirməklə daha möhtəşəm hədəflərə nail olmaq əzmindədir. Son 10 il Azərbaycanın ümumi inkişafının yeni modeli kimi səciyyələndirilə bilər. Bu illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi özünü təqdim etdi. Respublikamızın müasirləşməsi, yeniləşməsi, simasının dəyişməsi, yeni standartların müəyyənləşməsi hər birimizin qəlbində qürur hissi yaradır”.
“Sözün həqiqi mənasında ölkəmiz ötən illər ərzində müasir cəmiyyət kimi formalaşıb, dünya birliyində özünə layiq yer tuta bilib”, - deyən Əli Əhmədov, həmçinin vurğulayıb ki, qarşıda Azərbaycanın inkişafının yeni mərhələsi, daha böyük islahatlar, ölkə əhalisinin tələblərinə uyğun yeniliklərin reallaşması kimi hədəflər dayanır. “Qarşıda Azərbaycanın inkişafının yeni mərhələsinin formalaşması kimi məsuliyyətli vəzifələr dayanır. Təbii ehtiyatların geniş imkanlarından səmərəli istifadə etməklə Azərbaycanın yeniləşməsi, müasirləşməsi, qüdrətlənməsi, uğurların daha da artmasına əsas verən modeldən yaradılan imkanlar tükənməzdir. Azərbaycanın iqtisadiyyatının inkişaf modelinin yaradılması keçid dövrümüzün aktual probleminə, zərurətə, sosial sifarişə çevrilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədəki nitqində bu hədəflərin ümumi mənzərəsi ilə əlaqədar fikirləri əksini tapır. Bu hədəflər yeni şəraitdə Azərbaycanın iqtisadi cəhətdən inkişafının əsaslarının yaradılmasını nəzərdə tutur. Yeni modeldən istifadə edərək ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, sosial təminatına yönələn islahatların sürətləndirilməsini əhatə edir. Bu mənada qarşımızda möhtəşəm vəzifələr dayanır. Hər birimiz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həmin vəzifələr yerinə yetiriləcək, Azərbaycan özünün müasir inkişaf modelində yeni korrektələr etməklə keyfiyyətcə daha müasir mərhələyə qədəm qoyacaq. Konfransımız əlamətdar bir günə təsadüf edir. Dekabrın 24-də Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin doğum günüdür. Mən sizin hər birinizin, YAP-ın çoxminli üzvləri, tərəfdarları adından möhtərəm Prezidentimizə doğum günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Ona cansağlığı, işlərində uğurlar, yeni-yeni nailiyyətlər diləyirik. İnanırıq ki, Prezidentimizin rəhbərliyi altında Azərbaycan xalqı daha möhtəşəm, daha əhəmiyyətli, daha əzəmətli uğurların şahidi olacaqdır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə son illərdə Azərbaycanda elmin inkişafı, ziyalı potensialının formalaşması naminə görülən işlərdən bəhs edib. Doğum günü münasibətilə Prezident İlham Əliyevi Azərbaycanın elmi ictimaiyyəti adından təbrik edən Akif Əlizadə respublikada elm və təhsilin inkişafı naminə görülən işlərdə böyük xidmətləri, diqqət və qayğısı olan dövlət başçımızın misilsiz fəaliyyətindən bəhs edib. “Prezident İlham Əliyev intellektual potensialı ilə seçilən müasir siyasi liderdir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə strateji mövqeləri möhkəmlənib, ölkəmiz sosial iqtisadi və mədəni baxımdan inkişaf edərək dünyanın ən qüdrətli ölkələri sırasına yüksəlib”, - deyə akademik vurğulayıb.
Respublikanın elmi potensialının formalaşmasında mühüm prioritetlərdən bəhs edən A.Əlizadə Prezident İlham Əliyevin siyasi platformasında yer alan “qara qızıl”ın insan potensialına çevrilməsi çağırışını yüksək dəyərləndirərək elmin inkişafı naminə qəbul olunan qərarları, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında Elmin İnkişafı üzrə Milli Strategiya”nı əhəmiyyətli və önəmli addım adlandırıb. O bildirib ki, iqtisadiyyatın elmi əsaslarla inkişafına yönələn strategiyanın icrasının, dövlətin elmi-texniki və innovasiya siyasətinin əsasında da dövlətin təhsilə diqqəti dayanır. Beynəlxalq əlaqələrin artması, elm və təhsilin inteqrasiyası elektron elmin inkişafı istiqamətində çox mühüm işlər görülüb, alimlərimiz qarşısında müasir dövrün tələblərinə uyğun vəzifələr qoyulub, əsas prioritetlər dəqiqləşdirilib.
Hədəflər barədə fikirlərini açıqlayan A.Əlizadə bildirib ki, mövcud təbii şərait və potensial nəzərə alınaraq kənd təsərrüfatının inkişaf edirilməsi diqqətdə saxlanılmalıdır. Azərbaycanda zəngin elmi və təcrübi praktikanın olduğunu nəzərə alaraq kimya sənayesinin inkişafında elmin yaxından iştirakı təmin edilməli, elmlə istehsalatın birgə tətbiqinin uğurlu həllinə nail olunmalıdır. Ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı elmi araşdırmaların aparılması zərurətini diqqətə çatdıran akademik aqrar sahədə aparılması vacib olan elmi araşdırmalardan da ətraflı danışıb. O, həmçinin Azərbaycanın təcrübəsi kimi dünyada təbliğ olunan multikulturalizmin əhəmiyyətindən, Şərq və Qərb mədəniyyətlərini milli dəyərlər əsasında yaşadan Azərbaycanda görülən işlərdən bəhs edib.
Konfransda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov respublikamızda aqrar sahənin inkişafını əks etdirən rəqəmləri ötən illərlə müqayisəli şəkildə diqqətə çatdırıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması aqrar sahənin inkişafına diqqətin ifadəsi idi. Onun sözlərinə görə, sovetlər dövründə aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsi səviyyəsinə qaldıran Ulu öndər Heydər Əliyevin siyasətinin bu gün daha geniş mənada davamını hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss edir: “Son illərdə ölkədə həyata keçirilən köklü dəyişikliklər, torpaq islahatı, aqrar sektora dövlət dəstəyinin artırılması kənd təsərrüfatında bazar mexanizm prinsiplərini təkmilləşdirib. Kənd təsərrüfatının inkişafına, fermer təsərrüfatlarının genişlənməsinə göstərilən diqqətin nəticəsidir ki, daxili bazarda yerli və keyfiyyətli məhsulların sayı, çeşidi artıb, özəl bölmədə aqrar sektorun payı yüksəlib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

