Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
02.03.2016 [09:32]
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ötən il dünyada baş verən qlobal böhranlara baxmayaraq, Azərbaycanda əsası dahi öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş intensiv inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir dövlətimizin başçısının apardığı iqtisadi islahatların, qətiyyətli addımlarının, habelə qeyri-neft sektorunun inkişafının təşviqinin qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər mənfi halların aradan qaldırılması ilə bağlı çoxsaylı məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib. Bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb.
Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılaraq bu sahədə əhatəli təhlillər aparılıb, müxtəlif qanunvericilik layihələri Şuranın iclasında müzakirə edilib. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatı müəyyən olunaraq Şuranın funksiya və səlahiyyətləri genişləndirilib, Şura və Hakimlərin Seçki Komitəsinin tərkibi yenilənib.
Bildirilib ki, hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlək mexanizmlər yaradılıb. Ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, habelə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib.
Məhkəmə səhvlərinin azaldılması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 40-dək tədris tədbirləri, habelə məhkəmə işçiləri üçün silsilə təlimlər təşkil olunub, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilərək ölkəmizin Dünya Bankı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində artıq bir çox məhkəmələr üçün yeni binalar inşa edilərək istifadəyə verilib, 5 məhkəmə üçün binalar inşa olunmaqdadır. Dövlət büdcəsi hesabına inşa edilən daha 4 məhkəmə üçün isə binaların cari ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, ötən il yeni inşa olunmuş və ən müasir avadanlıqla, o cümlədən elektron informasiya texnologiyaları ilə təchiz edilmiş Sabunçu və Şəki Məhkəmə komplekslərinin inşası başa çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 6 məhkəmənin yerləşdiyi, konseptual baxımdan tam yeni olan və öz funksionallığı ilə fərqlənən bu komplekslərin açılışlarında şəxsən iştirakı və yaradılan şəraitlə yaxından tanışlığı məhkəmə hakimiyyətinə böyük etimadın və yüksək qayğının təzahürü olmaqla xüsusi iftixar və dərin rəğbətlə qarşılanıb.
Şəki Məhkəmə Kompleksinin açılışında Prezident hakimlərlə keçirdiyi müşavirə zamanı aparılan mütərəqqi islahatları və Şuranın fəaliyyətini müsbət qiymətləndirib, eyni zamanda, məhkəmə sahəsində işin səmərəliliyinin artırılması üzrə konkret tapşırıqlar verib, qarşıda mühüm vəzifələr qoyub. Bir çox problemlər, o cümlədən ən təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılması, məhkəmələrdə şəffaflığın artırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, əsassız tələblərin qarşısı alınmaqla vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması və insanlara qayğılı münasibət göstərilməsi xüsusi vurğulanıb.
Dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təxirə salınmadan Məhkəmə-Hüquq Şurasının hakimlərin, prokurorların, ədliyyə işçilərinin və vəkillərin iştirakı ilə geniş iclası, Şəkidə isə yeni məhkəmə kompleksində regional müşavirə keçirilib. Bütün hakim korpusunun əhatə olunduğu bu iclaslarda konkret tədbirlər müəyyən edilib.
Bildirilib ki, görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb. Mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30 faizdən çox artaraq 330 minə çatıb. Birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9 faiz, iqtisadi mübahisələr üzrə 96,5 faiz, inzibati mübahisələr üzrə 82,7 faiz təşkil edib.
Qeyd olunub ki, qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98 faizi, hökmlərin isə 91 faizi dəyişdirilməyərək sabit qalıb.
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkəmizdə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanıb. Qeyd edilib ki, ötən il Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunan və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr olunub.
İclasda Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Şuranın digər üzvləri çıxış edərək ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işləri məqbul qiymətləndiriblər. Həmçinin qarşıda duran vəzifələrə toxunulub, fəaliyyətin dövlətimizin başçısının yüksək tələbləri səviyyəsində qurulması, mövcud nöqsan və problemlərin aradan qaldırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmə monitorinqlərinin səmərəsinin artırılması ilə bağlı tədbirlər müəyyən olunub.
Məhkəmə-Hüquq Şurasının iclasında, həmçinin bir sıra təşkilati məsələlərə baxılıb. Vakant olan Şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.
Eyni zamanda, üç hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58

