Milli maraqlara söykənən siyasət Azərbaycana uğurlar vəd edir
24.04.2009 [15:31]
Azərbaycanın paralel olaraq həm xarici, həm də daxili arenada uğurlar əldə etməsi hər iki müstəvidə aparılan düzgün siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkənin sabit inkişafı və vətəndaş hüquqlarının müdafiəsinə, o cümlədən, milli mənafenin qorunmasına köklənmiş siyasət kursu hər zaman öz üstünlüyünü nümayiş etdirir. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb. Bu isə öz növbəsində dövlətimizin dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasət kursu açıq, aydın və səmimidir. Bu fakt hamı tərəfindən təsdiqlənir. Nəticə etibarı ilə bu formatda inkişaf edən münasibətlər isə, dünya tərəfindən yüksək diqqətlə və hörmətlə qarşılanır. Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət kursu Azərbaycanı münaqişələrdən, dövlətlərin və maraqların çəkişməsindən kənarda saxlamaqla yanaşı, öz milli maraqlarımızın yüksək səviyyədə qorunmasına da yol açıb.
İstərsə yerləşdiyimiz Cənubi Qafqaz regionunda, istərsə də digər regionlarda baş verən siyasi oyunlardan kənarda qalmaqla, yalnız ədaləti və dövlət maraqlarını üstün tutmaqla Azərbaycan hər kəsə müstəqil siyasət yürütdüyünü sübut edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələyə toxunan dövlət başçısı ölkəmizin əldə etdiyi siyasi uğurlarla iqtisadi uğurların bütün məsələlərdə paralel olaraq bir-birinə dəstək verdiyini xatırladıb: “Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır.
Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir. Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq”.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı Avrasiyanı birləşdirən enerji xəttinin mərkəzində yer alır. Bu isə zəngin karbohidrogen ehtiyatı olan ölkə olmaqla yanaşı, Azərbaycanı tranzit dövlət kimi məşhurlaşdırır. Digər tərəfdən, tərəfdaşları ilə hər zaman demokratik və açıq münasibətlər quran Azərbaycan inkişafdan bütün tərəfdaşlarına pay düşməsində maraqlıdır və bunu da əməli ilə sübut edir. Bundan başqa, Azərbaycan yerləşdiyi regionun sabitliyinə təminatçı rolunda çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın bütün dövrlərdə öz enerji siyasətini çox açıq, aydın şəkildə apardığını vurğulayıb: “Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin.
Bir sözlə, bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir”.
Bəli, Azərbaycan daim inkişaf edir. Bu inkişafın əsasında isə Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasət dayanır. Məhz bu müstəqil siyasət Azərbaycan iqtidarına açıq şəkildə milli maraqları qorumağa imkan verir. Bu isə həm indi, həm də gələcəkdə uğurların əldə olunmasında böyük əhəmiyyətə malikdir. Azərbaycan müstəqil olduğunu hər addımda göstərir. Aprel aynın əvvəlində Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da bu məqam dövlət başçısı tərəfindən xüsusi olaraq vurğulanmışdı: “Azərbaycan öz müstəqil siyasətini milli maraqlar üzərində qurubdur. Milli maraqların qorunması bizim üçün ən başlıca, ən ümdə vəzifədir və bu istiqamətdə ölkəmiz böyük nailiyyətlər əldə edibdir. Müstəqil siyasət aparmaq imkanlarımız Azərbaycanın hərtərəfli inkişafına çox böyük töhfə verir. Biz istər ölkədaxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik və bundan sonra da bu siyasət davam etdiriləcəkdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54

