/ / BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Dövlətqaçqınkom”da olub
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri “Dövlətqaçqınkom”da olub
29.04.2016 [10:04]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 28-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu qeyd edilib. Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanıb.
Bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər bu qurumun ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub.
Görüşdə Baş nazirin müavini Əli Həsənov aprelin 11-də BMT QAK-ın rəsmi internet səhifəsində yayılmış, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca aprelin 2-də baş vermiş hadisələrlə bağlı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış və təhrif olunmuş məlumata dair ciddi iradlarını bildirib.
Diqqətə çatdırılıb ki, həmin məsələ ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ATƏT və BMT-nin Vyanadakı institutları yanında Əlaqələndirici Ofisinin rəhbəri Frank Remus ilə, ölkəmizin Cenevrədə BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun BMT QAK-ın Cenevrədəki qərargahının mətbuat xidmətinin əməkdaşı Leo Dobs və Avropa Bürosunun əməkdaşı Anatoli Poucay ilə görüşləri keçirilib. Görüşlər zamanı həmin məlumatda təhrif olunmuş faktların yer almasının yolverilməz olduğu, ümumilikdə bu formada yazılmış məlumatların BMT QAK-ın qeyri-siyasi xarakterli mandatına uyğun olmadığı, yazıda ortaya qoyulan mövqenin isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və BMT-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyinə zidd olduğu ciddi şəkildə BMT QAK-ın nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə Baş nazirin müavini həmin məlumatın veb səhifədən götürülməsinə baxmayaraq, bu məsələ ilə bağlı təkzib verilməli olduğunu bildirib və bunun üçün ciddi xəbərdarlıq edib. O, həmçinin qeyd edib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulub, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılın, mülki əhalidən olan sakinlər isə həlak olublar. Lakin BMT QAK-ın rəsmi veb səhifəsində yer almış press-relizdə bu haqda heç nə deyilmir. Bu cür yanlış və təhrif olunmuş informasiyaların verilməsi isə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qətnamələrinə ziddir.
Azərbaycanın son illər qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən, Azərbaycan dövlətinin bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verməsindən danışan Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırıb ki, belə halların baş verməsi ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır.
Görüşdə, eyni zamanda, Yaponiyanın “Fuji Optikal” şirkətinin rəhbəri, beynəlxalq “Nansen qaçqın mükafatı”na layiq görülmüş doktor Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanması ilə bağlı növbəti səfəri və “20 İyun Ümumdünya Qaçqınlar Günü” ilə bağlı tədbirin keçirilməsi haqqında da müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05

