Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov: Əmin olmaq istərdim ki, tezliklə sizin səsiniz Avropa və dünya çempionatlarından gələcək

Kəmaləddin Heydərov: Əmin olmaq istərdim ki, tezliklə sizin səsiniz Avropa və dünya çempionatlarından gələcək

02.05.2009 [13:03]

Dünən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş VII beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında mayın 5-dək davam edəcək yeniyetmələrin yarışında 9 ölkədən 123 idmançı mübarizə aparacaq. Ənənəvi turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Hindistan, İrlandiya və özbəkistan təmsilçiləri də qüvvələrini sınayacaqlar.
Açılış mərasimini Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov açıb: “Siz boksçular yeniyetmə yaşlarından boks idman növünü seçmisiniz. Əmin olmaq istərdim ki, tezliklə sizin səsiniz Avropa və dünya çempionatlarından gələcək. Beynəlxalq yarışlarda nailiyyətlər qazanıb, Azərbaycanı uğurla təmsil edəcəksiniz. ölkəmizdə idmana böyük dövlət qayğısı göstərilir. Bu qayğı və diqqət beynəlxalq turnirlərdə qazanılan uğurlu nəticələrdə özünü büruzə verir. Bu yaxınlarda güləşçilərimiz Avropa çempionatında böyük uğurlar qazandılar. Cüdo və digər idman növlərində də uğurlar əldə olunub. Bu gün start götürən boks turnirinin iştirakçılarına uğurlar arzulayıram”.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da turnirə qatılan idmançılara uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 1165 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30