Dövlət müşaviri III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları ilə görüşüb
26.07.2016 [09:53]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi proqram üzrə iyulun 25-də öz işini Bakıda davam etdirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Mərkəzdə yay məktəbinin iştirakçıları ilə görüşüb.
Kamal Abdullayev tələbələri Multikulturalizm Mərkəzində salamlamaqdan məmnun olduğunu bildirib. Dövlət müşaviri 18-24 iyul tarixlərində Qəbələdə, İsmayıllıda, Şəkidə, Qaxda, Oğuzda, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi Azərbaycanın unikal multietnik bölgələrində fəaliyyət göstərən III Beynəlxalq multikulturalizm məktəbinin tələbələrin yaddaşında unudulmaz izlər buraxdığına inandığını deyib: “Mən çox şadam ki, Azərbaycana bu qədər gənc dostlarımız gəlib. Azərbaycanın etnik və dini müxtəliflik baxımından unikal bölgələrində çox maraqlı və mənalı günlər keçirdiyinizə inanıram. Bu günlər ərzində Azərbaycanın multikulturalizm modelini özündə ehtiva edən Qəbələ və ətraf bölgələrə getməklə siz yeni bir mədəniyyətin içərisinə daxil oldunuz, bu mədəniyyətin incəlikləri, maraqlı nüansları ilə yaxından tanış oldunuz və bildiyim qədər bu səfərlərdən razı qalmısınız. Deməli, multietnik bölgə olan Qəbələni III beynəlxalq multikulturalizm məktəbi üçün əsas məkan seçməkdə yanılmamışıq. III Beynəlxalq multikulturalizm məktəbi vasitəsilə Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla, 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə indiyə qədər nəzəri şəkildə tanış olduğu Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək imkanı əldə ediblər.
Yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunan “dəyirmi masa”, konfrans və toplantılarda iştirak edib, yerli alimlərlə yanaşı, ABŞ və İngiltərədən gəlmiş xarici mütəxəssislərin mühazirələrini dinləyiblər.
Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq”.
Sonra Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” beynəlxalq klubunu təqdim ediblər. Sözügedən klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Təqdimatdan məlum oldu ki, bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaradacaq, onların ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir klub üzvünə kömək göstərəcək. “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az ) və bu saytda üzvlər üçün yaradılan imkanlar da diqqətə çatdırılıb.
Dövlət müşaviri Kamal Abdullayev belə bir klubun yaradılmasını yüksək dəyərləndirib və bu klubu yaradanlara təşəkkürünü bildirib. O qeyd edib ki, bu klub Azərbaycanın dünyada olan çoxsaylı dostlarını daha sıx birləşdirəcək və onların fəaliyyətinin daha sistemli edəcək: “Ümid edirəm ki, bu klub təkcə Azərbaycanın deyil, bütün dostsevər dövlətlərin və xalqların klubuna çevriləcək”.
Günün sonunda “İçərişəhərin sirləri” adlı gəzinti çərçivəsində tələbələr Qoşa Qala qapısı, Şirvanşahlar sarayı, Miniatür Kitab muzeyi və Qız qalasında olacaqlar.
İyulun 26-da III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

