Ordubad yaylaqlarındakı obaların sayı ilbəil artır
03.08.2016 [15:15]
Muxtar respublikada heyvandarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Bu sahə ilə məşğul olan insanlar üçün lazımi şərait yaradılır. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında da hər il heyvandarlar məskən salır, obalar qurulur. Oba sakinləri rahat və təhlükəsiz şəraitdə təsərrüfatla məşğul olurlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad yaylaqlarına gəlib, oba sakinləri ilə görüşüb.
Oba sakinlərini salamlayan Ali Məclisin sədri deyib: “Yaylaqlardan istifadə etmək üçün hərtərəfli şərait yaradılıb. Ona görə də heyvandarlar öz təsərrüfatlarını artırır, bol kənd təsərrüfatı məhsulları istehsal olunur, bazarın tələbatı ödənilir. Bu tədbirlər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin tərkib hissəsidir. Dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Oba sakinləri ilə əlaqə saxlanılır, qarşılaşdıqları bütün çətinliklər həll olunur, istehsal etdikləri məhsulların satışı üçün hərtərəfli şərait yaradılır. Heyvanlar arasında xəstəliklərin baş verməməsi üçün mütəmadi baytarlıq xidməti göstərilir. Bu tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Ona görə də heyvandarlıqla məşğul olan şəxslər yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməlidir”.
Heyvandarlardan Nişan Abdullayev, Elşən Abdullayev, Əmir Məmmədov, Nazim Abdullayev, Tolik Abdullayev, Telman Hüseynov, Araz Məmmədov, Yolçu Kərimov, Münasib Mirzəyev və Qəzənfər Qurbanov Ali Məclisin sədrinə minnətdarlıq ediblər. Oba sakinləri deyiblər ki, biz daim dövlətin qayğısını üzərimizdə hiss edirik. Yaylaqlardan rahat və təhlükəsiz istifadə edirik. Məhsulumuzun bazarı vardır. Bu gün ailələrimizlə bu yaylaqlarda məskən salmağımızın bir səbəbi də ordumuza, əsgərlərimizə olan güvənimizdir. Bilirik ki, torpaqlarımız göz bəbəyi kimi qorunur. Bu gün xalqımızla ordumuz arasındakı birliyin bir nümunəsini də oba sakinləri ilə burada xidmət edən əsgərlər arasında yaratmışıq. Qüdrətli ordumuz güvən yerimiz, dayağımızdır. Biz də çalışacağıq ki, təsərrüfatlarımızı daha da genişləndirək, ölkəmizin inkişafında pay sahibi olaq.
Ali Məclisin sədri heyvandarlıqla məşğul olanlara təşəkkürünü bildirib, onlarla şəkil çəkdirib, ailə üzvlərinə və uşaqlara hədiyyələr təqdim edib.
Məlumat verilib ki, yaylaqlarda Ordubad rayonunun Kotam, Babək rayonunun Naxışnərgiz, Kəngərli rayonunun Çalxanqala və Xok, Culfa rayonunun Bənəniyar kəndlərindən 10 oba vardır. “Gen yurdu”, “Xan çeşməsi”, “Tüklü çəmən”, “Əyriçay”, “Çadırdaş” və digər obalarda 30 ailə heyvandarlıqla məşğuldur. Onların təsərrüfatında 20 mindən artıq iribuynuzlu və xırdabuynuzlu heyvan saxlanılır. Burada ekoloji cəhətdən təmiz süd məhsulları istehsal olunur. İstehsal olunan süd məhsulları ərazidəki bulaq sularından istifadə edilərək yaradılan təbii soyutma sistemində saxlanılır və satışa çıxarılır. “Xan çeşməsi” obasında məskən salan heyvandar Əmir Məmmədov isə öz təsərrüfatının imkanlarını xeyli genişləndirib, məhsuldar cins keçi sortlarının artırılmasına başlayıb, oba şəraitində mexaniki sağım aparatı quraşdırıb.
Qeyd olunub ki, baytarlar və kənd təsərrüfatı mütəxəssisləri mütəmadi olaraq yaylaqlarda olur, təbii sərvətlərimizdən səmərəli istifadə ilə bağlı oba sakinləri arasında söhbətlər aparılır, tövsiyələr verilir. Bütün bunların nəticəsidir ki, təsərrüfatlarda saxlanılan mal-qaranın və heyvanların cins tərkibi yaxşılaşdırılır, məhsuldarlıq artırılır. Heyvandarlar yaylaqlarda digər təsərrüfat sahələri ilə də məşğul olur. Bu il obalarda 10 hektardan artıq sahədə kartof əkilib.
Ali Məclisin sədri bundan sonra da yaylaqlarda heyvandarlar üçün hərtərəfli şəraitin yaradılacağını bildirib, təbii sərvətlərimizdən səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

