/ / Çinli diplomat Naxçıvan Muxtar Respublikasının təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Çinli diplomat Naxçıvan Muxtar Respublikasının təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
13.08.2016 [10:15]
Avqustun 11-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İkigünlük səfər çərçivəsində səfir muxtar respublikanın istehsal, təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, çinli diplomat, ilk olaraq, Ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə bu müalicə ocağının fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Duzdağ Fizioterapiya Mərkəzinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar.
Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri ilə tanışlıq zamanı isə hər iki ali təhsil müəssisəsinin strukturu, elektron təhsil şəbəkəsi və müasir texnologiyalardan istifadə, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə çərçivəsində bu il iyunun 10-dan 27-dək Naxçıvandan olan 6 tələbə “Huawei” şirkətində təcrübə keçib. İnformasiya-kommunikasiya texnologiyalarının daha təkmil öyrənilməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılıb və tələbələrə sertifikatlar təqdim olunub.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Distant Tədris Mərkəzində isə qonağa məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncama uyğun olaraq, Distant Tədris Mərkəzi yaradılıb və mərkəz 2014-cü il oktyabrın 1-də istifadəyə verilib. Burada audio və elektron kitabxana, həmçinin brayl əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar mövcuddur. Mərkəzin istifadəyə verilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün əsaslı zəmin yaradıb.
Avqustun 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb. Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. Mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir.
Diqqətə çatdırılıb ki, hazırda burada muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Sərgidə Naxçıvanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər xeyli çeşiddə müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” şirkətlər ittifaqları, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Çinli diplomat sonra “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Sement Zavodu”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” məhdud məsuliyyətli cəmiyyətlərinin və Naxçıvan Sənaye Kompleksinin istehsalat sahələri ilə tanış olub.
Günün ikinci yarısında Batabat yaylağında olan qonaq Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Xalça Muzeyini və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət edib. Naxçıvanın təbiəti və qədim tarixi abidələri səfirdə böyük təəssürat yaradıb.
Avqustun 12-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

