“Mark Toner haradan bilir ki, Natiq Cəfərov cinayət törətməyib?”
18.08.2016 [11:52]
“Kimsə haradasa oturub ağzına gələni, bizə məsləhət bildiyini öz ölkəsinə rəva görsə, daha yaxşı olar. Biz Mark Tonerin bu bəyanatını yersiz və mənasız bir addım kimi qəbul edirik. Kiminsə həbsi haqqında məlumatı olmayan, hər hansı hüquqi aktla tanış olmayan ABŞ Dövlət Departamenti rəsmisinin belə bir çağırış etməsi əsassız və yersizdir. Mark Toner haradan bilir ki, Natiq Cəfərov cinayət törətməyib? Mark Toner istintaqda iştirak etməyib. Proses hələ təzə başlayıb, məhkəmənin də hələ yekun hökmü yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavini ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin həbs olunmuş “REAL” hərəkatının icra katibi Natiq Cəfərovla bağlı Azərbaycana qarşı bəyanat verməsini qəti şəkildə pisləyib: “Azərbaycanda “siyasi məhbus” yoxdur, yalnız bu və ya digər şəkildə cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunublar. Onlar əsasən vergidən yayınmaq, xuliqanlıq və digər cinayət maddələri ilə məsuliyyətə cəlb ediliblər.
Onların bəziləri haqqında məhkəmə hökm çıxarıb, bəziləri haqqında isə məhkəmə qərarı hələ yoxdur, istintaq gedir. Ölkənin hüquq-mühafizə orqanları müvafiq əməliyyat istintaq tədbirləri həyata keçirir. ABŞ Dövlət Departamentinin, Mark Tonerin Azərbaycan hökumətinə, dövlətinə istintaq və hüquq-mühafizə orqanlarına göstəriş verməsi heç bir beynəlxalq hüquq normasında yoxdur”.
Siyavuş Novruzov ABŞ-dakı bəzi dairələri hər zaman başqa dövlətlərə qarşı qərəzli mövqe nümayiş etdirməkdə ittiham edib: “Onsuz da Dövlət Departamenti üçün heç bir fərqi yoxdur. Yəni kimsə hansısa müxalif bir təşkilatın və ya partiyanın üzvüdürsə və konkret olaraq cinayət əməlinə görə həbs olunursa, ABŞ-dakı bəzi dairələr mütləq həmin şəxsi “siyasi məhbus” adlandırır. Ümumiyyətlə, dünyada siyasi məhbus anlayışı yoxdur. “Siyasi məhbus” o şəxsə deyilir ki, o hər hansı siyasi baxışlarına görə təqib olunsun, həbs edilsin.
Bu gün Azərbaycanda xeyli sayda QHT, media və siyasi partiyalar mövcuddur. Onların bəziləri ən kəskin tənqid və hətta təhqirlər də səsləndirirlər, başqa fikirlər də söyləyirlər. Bununla bağlı olaraq heç kim məsuliyyətə cəlb olunmur. Sadəcə olaraq müəyyən təşkilatlar və şəxslər müxtəlif təşkilatların əli ilə qrantlar alaraq bunun vergisindən yayınırlar, öz istədikləri kimi qanunu pozurlar.
Əgər onlar hesab edirlərsə ki, arxalarında kimlərsə durub və heç kim onların qanunsuz əməllərinin qarşısını ala bilməz, həqiqətən də böyük yanlışlığa yol verirlər, yanılırlar. Çünki qanun hamı üçün eynidir. O şəxslər başa düşməlidirlər ki, hansısa partiyanın üzvü olmaqdan və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər”.
YAP İcra katibinin müavini ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etmədiyi halda Azərbaycana qarşı bu cür bəyanat verməsini qeyri-qanuni adlandırıb: “15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını tələb edir. Amma Amerika Türkiyə hüquq-mühafizə orqanlarından Fətullah Gülənlə bağlı faktlar tələb edir. Türkiyə hüquq-mühafizə orqanları da Fətullah Gülənlə bağlı ABŞ-a yetərincə sənədlər və ciddi faktlar göndərib. Amma nədənsə Amerika bu sənədləri yetərli və əsaslı hesab etmir.
Bəs necə olur ki, bu gün ABŞ-ın əlində Natiq Cəfərovun törətdiyi cinayət əməli ilə bağlı bir kağız, sənəd olmadığı, bu işdən heç bir məlumatı olmadığı halda Azərbaycana qarşı belə bir mənasız çağırış və bəyanat verir? Budur beynəlxalq hüquq? Budur demokratiya? Bu hansı məntiqə sığır? Əlbəttə ki, belə bir addım heç bir halda düzgün deyil. Ona görə də Mark Tonerin Azərbaycana qarşı səsləndirdiyi bu kimi çağırışlar mənasız və heç bir hüququ aspektə sığmayan bir addımdır. Onun bəyanatı havaya deyilmiş sözlərdir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

