/ / İsraildə Xocalı soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən “AĞRI” romanı nəşr edilib
İsraildə Xocalı soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən “AĞRI” romanı nəşr edilib
05.10.2016 [10:27]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun AZƏRTAC-a verdiyi məlumata görə, Təl-Əvivdəki “Medial” nəşriyyatında “AĞRI” romanı nəşr edilib.
İsrailli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.
Romanın müəlliflərindən biri - Arye Qut deyib: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”.
Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır ki, əsərin qəhrəmanı Röya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən törədilmiş soyqırımı aktının canlı şahididir. Məhsəti Əliyeva yazır: “Doğma yurdunda qaçqın vəziyyətinə düşmüş Röyanın ailəsi öz xalqının zorla cəlb edildiyi müharibənin bütün dəhşətlərini görüb. Röya böyüyəndən sonra həmin hadisələr zamanı salamat qalmış həmyerlilərinin itkin düşmüş doğmalarını və yaxınlarını axtarmaqda onlara kömək etməyi qərara alır. Röya həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə çalışır”.
“AĞRI” romanının baş qəhrəmanlarından biri olan Röya deyir: “Aydın səma fonunda erməni silahlı dəstələri tərəfindən soyuqqanlılıqla və amansızcasına məhv edilmiş uşaqların, qadınların və qocaların sifətlərini heç vaxt unuda bilmərəm. Ermənilərə xas olan insana nifrət hissini, qəddarlığı heç vaxt unuda bilmərəm. Məni həyat eşqindən həmişəlik məhrum etmiş qanlı qırğından sonra Xocalıdakı o dəhşətli gecənin sükutunu heç vaxt unuda bilmərəm. Mənim ruhumu öldürmüş bu hadisələri, Xocalı ilə bağlı həyatımın bu dəhşətli və dözülməz anlarını heç vaxt unutmaram”.
Kitabın elmi redaktoru Məhsəti Əliyeva yazır: “Bu faciədə günahkar kimdir? Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı qanlı qırğın törətmiş terrorçular nə üçün cəzasız qalıb? Heç bir təqsiri olmayan dinc sakinlər nə üçün soyqırımına məruz qalıb? Birnəfəsə oxunan bu romanı oxumaqla bütün bu suallara cavab tapmaq olar”.
İsrailli müəlliflər Əmir və Arye Qut bədii-sənədli “AĞRI” romanında həqiqət axtarışında Azərbaycan şəhərində törədilmiş dəhşətli kütləvi qırğın barədə söhbət açıblar. “AĞRI” romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar.
İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya - öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq edirlər.
Onu da qeyd etmək yerinə düşər ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “AĞRI” lirik-sənədli romanının ilk nüsxəsini V Bakı Beynəlxalq Humanitar Forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08

