Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyənin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyənin xarici işlər naziri ilə görüşüb

27.05.2009 [09:56]

Dünən Azərbaycanın Baş naziri Artur Rasizadə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Artur Rasizadə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə Türkiyənin qardaşlıq köməyini daim hiss edir.
Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edən Əhməd Davudoğlu bildirib ki, Türkiyənin Azərbaycana münasibətdə siyasəti dəyişməz olaraq qalır, Azərbaycan bizim üçün çox əzizdir. Nazir deyib ki, Bakıya səfəri ərəfəsində keçirdiyi görüşlərdə ölkəsinin aparıcı siyasi partiyalarının liderləri də bu fikirdə olduqlarını bildiriblər.
Regiondakı münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə toxunan Əhməd Davudoğlu ümid etdiyini bildirib ki, bu münaqişələr tezliklə dinc yolla həllini tapacaqdır. Son vaxtlar kütləvi informasiya vasitələrində müzakirə mövzusu olan Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsinə münasibətini açıqlayan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyənədək belə bir qərarın qəbul edilməsinin mümkün olmayacağını bildirib.

Paylaş:
Baxılıb: 1263 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30