Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir
17.06.2009 [09:21]
İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 1992-1993-cü illərdə Azərbaycan xalqının yaşadığı təlatümlü hadisələrdən danışıb: “Hakimiyyəti zor gücü ilə qəsb edən AXC-Müsavat cütlüyü ölkədə dərin siyasi-iqtisadi böhran yaratmışdı. Şəxsi mənafeləri naminə bir-birilərilə mübarizə aparan “siyasətçilər” cəbhədə də mövqelərimizin zəifləməsinə yol açmışdılar. Hətta, xaos o həddə çatmışdı ki, ölkədə qardaş qırğını başlamışdı. 4 iyun Gəncə hadisələri zamanı baş vermiş qanlı olaylar Azərbaycanı parçalanmaq təhlükəsilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə bütün insanların gözləri Naxçıvana dikilmişdi. Xalqın istəyi və təkidilə 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, ölkəmizi xaosdan inkişaf, tərəqqi yoluna çıxardı”.
çıxış edən prof. Adil Babayev də müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilərin sayəsində yaranmış ağır vəziyyətdən danışıb. O, qeyd edib ki, 1992-1993-cü illərdə AXC-Müsavat tandeminin yarıtmaz siyasəti nəticəsində cəmiyyətdə bir süstlük, ruh düşgünlüyü yaranmışdı: “O, zaman hər bir insan ümidini Heydər Əliyevə bağlamışdı. çünki, Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanı birinci dəfə xilas etmişdi. Müdrik və qədirbilən xalqımız bu səbəbdən də ümummilli lider Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi”.
Millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov isə söyləyib ki, QURTULUŞ FƏLSƏFƏSİ 1969-cu ildən başlanıb: “Ulu öndər Heydər Əliyev hələ sovet vaxtında Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün bütün vacib işləri görürdü. Heydər Əliyev o zaman Azərbaycanda kənd təsərrüfatının, sənayenin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət səviyyəsinə qalxması üçün risqli də olsa, mühüm addımlar atdı. Artıq bütün regionlarda Azərbaycan dilində çıxışlar başlandı. Nəhayət, görülən işlərin nəticəsi olaraq, 1978-ci ilin Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi qeyd olundu. Amma Onun qurub yaratdığı ölkəni, hakimiyyəti zorla ələ keçirmiş AXC-Müsavat cütlüyü qısa müddət ərzində dağıtdı. Bütün bunları görən xalqımız isə yenidən BöYüK OÄžLUNU hakimiyyətə gətirdi. Həmin vaxtdan etibarən ölkədə vəziyyət sabitləşdi, iqtisadi yüksəliş oldu. Bu səbəbdən də Azərbaycan xalqı 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir”.
Millət vəkili Səməd Seyidov çıxış edərək, 1992-1993-cü illərdə baş vermiş hadisələrdən danışıb. O, vurğulayıb ki, bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsidir ki, Azərbaycan müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib”.
Səməd Seyidov diqqətə çatdırıb ki, qədirbilən Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

