Azərbaycanda Maliyyə Ombudsmanı yaradıla bilər
25.06.2009 [10:01]
Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində maliyyə sektorunda diaqnostik qiymətləndirməyə dair hazırladığı layihənin ilkin nəticələrini açıqlayıb. Bankın maliyyə xidmətləri və istehlakçıların müdafiəsi üzrə regional əlaqələndiricisi Syu Ratles bildirib ki, diaqnostik qiymətləndirmə respublikamızın bank, sığorta, kredit, qiymətli kağızlar və maliyyə bazarlarını əhatə edir və bu prosesə müxtəlif beynəlxalq maliyyə institutlarının tanınmış ekspertləri cəlb olunub.
Dünən “Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının müdafiəsi və maliyyə savadlılığı” mövzusunda keçirilən konfransda DB-nin regional əlaqələndiricisi xanım Syu Ratles qeyd edib ki, dünya maliyyə böhranının davam etdiyi bir vaxtda müştərilərin banklara olan inamının qorunub saxlanması vacib məsələlərdən biridir. Bu gün bir çox ölkələrin bank və maliyyə sistemi böhranın təsirlərinə məruz qaldığından vətəndaşlar depozit qoyuluşlarında ehtiyat edirlər. Syu Ratlesin fikrincə, bir çox dövlətlərdə banklar tərəfindən istehlakçıların hüquqlarının qorunması ilə bağlı zəruri addımların atılması bu cür risklərin qarşısını almış olur. Azərbaycanda bu sahədə mükəmməl normativ-hüquqi bazanın mövcudluğunu xatırladan DB-nin regional əlaqələndiricisi maliyyə sektorundakı istehlakçıların hüquqlarının qorunması ilə bağlı Mərkəzi Bankın həyata keçirdiyi kompleks tədbirləri təqdir edib. “Azərbaycan Mərkəzi Bankının bank sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi strateji addımların əsas istiqamətlərindən biri maliyyə sferasına aid olan istehlakçıların hüquqlarının müdafiəsini təşkil etməkdir. Bu istiqamətdə effektli tədbirlərin görülməsi, müvafiq hüquqi sənədlərin hazırlanaraq tətbiq edilməsi, sığorta strukturlarının formalaşdırılması istehlakçıların müdafiəsi ilə bağlı etibarlı zəmanət sisteminin yaradılmasından xəbər verir”.
DB-nin regional əlaqələndiricisi əmanətlərin sığortalanması ilə əlaqədar dövlət qurumunun fəaliyyətə başlamasını, eləcə də sığorta, maliyyə və qiymətli kağızlar bazarında nəzarət funksiyasının təkmilləşdirilməsini də təqdir edib. DB təmsilçisi bu və digər istiqamətlər üzrə islahatların aparılmasının əhəmiyyətinə toxunaraq bu detalların diaqnostik qiymətləndirməyə dair hesabat layihəsində öz əksini tapacağını əmin edib. Xanım Ratles onu da vurğulayıb ki, maliyyə bazarında xidmət çeşidlərinin əhatə dairəsi və iqtisadi bölmələrə maliyyə axınlarının həcmi nə qədər çox olarsa bu, iqtisadiyyatın daha da güclənməsinə, eyni zamanda, yoxsulluğun azaldılması strategiyasının effektli nəticələr verməsinə səbəb ola bilər. Onun fikrincə, maliyyə-bank sistemində fəallığın artması yoxsulluğun səviyyəsinin iki dəfədən çox aşağı düşməsinə gətirib çıxaracaq.
Dünya Bankının regional əlaqələndiricisi Azərbaycanda Maliyyə Ombudsmanının yaradılmasını tövsiyə edib və bu strukturun istehlakçıların müdafəsində xüsusi rol oynaya biləcəyinə inandığını söyləyib. Maliyyə Nazirliyinin sığorta nəzarəti xidmətinin rəisi Namiq Xəlilov bu təklifə münasibət bildirərək qeyd edib ki, Maliyyə Ombudsmanının yaradılması istehlakçıların hüquqlarının müdafiəsində daha etibarlı mexanizmin qurulmasına səbəb ola bilər. Belə ki, bank və maliyyə bazarında müəyyən anlaşılmazlıqlarla üzləşən istehlakçılar yaranmış mübahisələri həll etmək üçün məhkəmələrə deyil, bu quruma müraciət etməklə problemi yoluna qoya bilərlər.
Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib ki, Dünya Bankının maliyyə sektorunda diaqnostik qiymətləndirməyə dair hazırladığı layihə maliyyə bazarının bütün iştirakçıları üçün mühüm əhəmiyyət daşıyır. Bu sənəd təkcə istehlakçıların hüquqları ilə bağlı elementləri özündə əks etdirmir, layihədə bank, maliyyə, qiymətli kağızlar, sığorta qurumları üçün mühüm detallar nəzərdə tutulub. Həmin qurumlar layihədəki tövsiyələri yerinə yetirməklə özlərinə olan inam və etibarı möhkəmləndirmiş olurlar. Alim Quliyev qeyd edib ki, istehlakçıların hüquqlarının daha etibarlı şəkildə qorunması onların bank və maliyyə qurumlarına olan inamını artırmış olur. Vətəndaşlar banklara daha çox depozit yerləşdirməyə, qiymətli kağızlar və maliyyə bazarında fəal iştirak etməyə həvəsli olurlar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 17:31
Sosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13

