/ / Ermənistanda keçirilən parlament seçkilərində baş verən kütləvi saxtakarlıqlar yeni qarşıdurmalara yol açır
Ermənistanda keçirilən parlament seçkilərində baş verən kütləvi saxtakarlıqlar yeni qarşıdurmalara yol açır
05.04.2017 [09:56]
Müxalifət qüvvələri yaxın zamanda kütləvi aksiyalara başlayacaqlarını bəyan ediblər
Xəbər verildiyi kimi, Ermənistanda aprelin 2-də keçirilən parlament seçkiləri kütləvi saxtakarlıqlar, o cümlədən qanun və hüquq pozuntuları ilə müşayiət olunub. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlamentə 4 partiya və blok keçib. Belə ki, ilk yeri səslərin 49,32 faizini toplayan hakim Respublika partiyası, ikinci yeri 27,67 faizlə “Tsarukyan” bloku qazanıb. Bundan başqa, “Yelk” bloku və “Daşnaksutyun” partiyası da baryeri keçə biliblər.
Digər partiyalar parlamentə keçid həddini aşa bilməyiblər. Əsasən müxalifətdən ibarət olan kənarda qalmış partiyaların arasında “Azad demokratlar”, “Ermənistan Dirçəliş Partiyası”, Levon Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqresi, sabiq xarici işlər nazirləri Raffi Ovenesyan və Vardan Oskanyanın da daxil olduğu “Ohanyan-Raffi-Oskanyan” seçki bloku da var. Yaranan mənzərə isə Serj Sarkisyanın bu seçkilərdə kütləvi saxtakarlıqlara yol verdiyini bir daha təsdiqləyir.
Ermənistan Təhlükəsizlik Xidməti bütün təşkilatlardan alınmış məlumatları cəmləşdirməklə seçki prosesi zamanı insanlara rüşvət paylandığını bildirir, bu seçkilər Ermənistan tarixində “ən bahalı” seçkilər kimi qiymətləndirilir. Bu barədə məlumat yayan KİV-lər qeyd edirlər ki, seçki məntəqələrində səslərin hesablanmasından sonra Ermənistan dövlət orqanının belə bir açıqlama verməsi bir çox namizədlər arasında çaxnaşma yaradıb.
Bununla yanaşı, müxalif qurumların rəhbərləri də verdikləri bəyanatda Ermənistandakı seçki oyununu ifşa ediblər. “Azad demokratlar” partiyasından namizədliyini irəli sürmüş Stepan Safaryan deyib ki, bu seçkilər də əvvəlki seçkilərdən keyfiyyət baxımından heç nə ilə fərqlənməyib. “Bu, pul seçkisi idi. Hamınız bunun şahidi oldunuz. Biz “exit-poll”un nəticələrini tanımırıq və qəbul etmirik”.
“Yelk” blokunun üzvü Aram Sarkisyan da seçkilərin saxtalaşdırıldığını bildirib. Onun sözlərinə görə, seçkilər zamanı geniş şəkildə rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib. O, təmsil olunduğu qurumun səslərinin saxtalaşdırıldığına əmin olduğunu söyləyib.
Qeyd edək ki, müxalifət qüvvələri yaxın zamanda kütləvi aksiyalara başlayacaqlarını və parlament seçkilərinin saxta nəticələrinin ləğvi istiqamətində qətiyyətli mövqe nümayiş etdirəcəklərini bəyan ediblər. Ermənistan Baş Prokurorluğuna isə respublika parlamentinə keçirilən seçkilərdə səsvermə zamanı yol verilmiş qanun pozuntuları barədə 2000-ə yaxın müraciət daxil olub ki, onların da 392-də cinayət əlamətləri aşkar edilib. Erməni mətbuatının yaydığı məlumatlara görə, 121 başqa şəxsin əvəzinə səsvermə, 115 seçicinin öz iradəsini sərbəst ifadə etməsinə maneçilik törədilməsi, 77 səsvermə sirrinin pozulması, 63 KİV nümayəndəsinin, müvəkkil şəxsin, müşahidəçinin işinə mane olmaq, 5 məlumat seçkiqabağı rüşvətlər paylanması, 1 məlumat seçki məntəqəsində siyahının tərtib edilməsinə maneçilik törədilməsi faktı aşkarlanıb. Bundan başqa, parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı cinayət işi də başlanıb.
Beynəlxalq aləm də saxtakarlıq faktlarının baş verdiyini bəyan edir
Ermənistandakı seçkilərin kütləvi şəkildə saxtalaşdırılması faktları yerli və xarici müşahidəçilər tərəfindən də təsdiq edilib. Lakin bəzi beynəlxalq təşkilatlar kütləvi saxtakarlıqlara rəğmən, seçkilərlə bağlı olduqca loyal münasibət sərgiləməyə üstünlük verib. Belə ki, ATƏT aprelin 2-də Ermənistan parlamentinə keçirilən seçkiləri tənqid etsə də, mühüm qanun pozuntuları ilə bağlı kəskin fikir bildirməyib. Təşkilatın ilkin hesabatında seçicilərin səslərinin satın alınması, dövlət qulluqçularına təzyiq və partiyaların nümayəndələri tərəfindən seçki prosesinə müdaxilə halları qeyd edilib. Hesabatda deyilir: “Səslərin satın alınması, dövlət qulluqçularına, o cümlədən məktəb və xəstəxanalarda çalışanlara təzyiqlər, habelə müəyyən partiyanın lehinə səs toplamaq məqsədi ilə seçicilərə hədə-qorxu gəlinməsi barədə dürüst informasiya var. Bu da seçki prosesinə qarşı ümumi narazılıq doğurub”.
“İnterfaks” agentliyi xəbər verir ki, yerli “Vətəndaş müşahidəçi” təşəbbüsünün nümayəndələri də seçkilərdə bir sıra pozuntu halları qeydə alıblar. Söhbət texniki vasitələrin nasazlığından, insanların bir yerə toplaşmasından, səsvermə sirrinin pozulmasından, seçkiqabağı rüşvət verilməsi hallarından gedir.
Eyni zamanda, Avropa Birliyi aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda seçkilərdə texniki problemlərin olması ilə yanaşı, seçicilərə təzyiq halları, səslərin qanunsuz toplanması xüsusilə vurğulanıb. “Səslərin toplanması, dövlət qulluqçuları və özəl sektor işçilərinə qarşı təzyiqlərin göstərilməsi seçkilərdə ictimai inamın etimadsızlığının dərinləşməsinə gətirib çıxardı”, - deyə bəyanatda vurğulanıb.
Bundan başqa, ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu səsvermə zamanı seçicilərin səslərinin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktlar qeydə alınıb. O da bildirilib ki, Birləşmiş Ştatlar beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını, həmçinin pozuntular barədə şikayətləri öyrənməyə və analiz etməyə davam edir.
Ekspertlər bəzi beynəlxalq təşkilatların daha qətiyyətli mövqe nümayiş etdirməməsini ikili standart adlandırırlar
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Ermənistanda keçirilən seçkilərdə qeydə alınan kütləvi saxtakarlıqların, hüquqların kobud şəkildə pozulması faktlarının təkcə bu ölkədə deyil, bütün dünyada dəqiq görüldüyünü bildirib. Millət vəkili qeyd edib ki, bununla yanaşı, Ermənistanda keçirilən seçkilərdəki saxtakarlıqlara beynəlxalq aləmin reaksiyası tamam fərqli oldu: “Avropanın müəyyən dairələri bu seçkilərə ikili standartlarla yanaşdılar. Seçkidən iki gün keçdikdən sonra seçki ilə bağlı münasibət bildirildi. Həmçinin bu münasibət həddindən artıq yumşaq idi. Seçki mühitinin qeyri-demokratik olması, hakimiyyət resurslarından maksimum istifadə edilməsi, total saxtakarlıq məsələləri kənarda qaldı. Əgər bu baş verənlərin onda biri başqa bir ölkədə qeydə alınsaydı, yəqin ki, həmin ölkə dünyanın ən qeyri-demokratik ölkəsi elan edilərdi. Bu seçkilərin nəticələrinin AŞ PA-da və ya hər hansı bir başqa təşkilatda ciddi müzakirəsi də gözlənilən deyil. Çünki Ermənistandakı seçkilərin hansı vəziyyətdə keçməsindən asılı olmayaraq ona göz yummağa və basqılardan, siyasi təzyiqlərdən qorumağa çalışırlar. Ermənistan seçkiləri bir daha göstərdi ki, dünyada ikili standart mövcuddur, demokratiyanın ikili izahı var. Bunlardan ən yumşağı və güzəştə gediləsi isə Ermənistana qarşı edildi”.
A.Mirzəzadə onu da bildirib ki, Ermənistanda keçirilən bütün seçkilərdə saxtakarlıq faktları qeydə alınıb, amma budəfəki saxtakarlıqların miqyası ölçüyəsığmazdır. Hətta vaxtilə Sarkisyan komandasında təmsil olunan, hazırda isə ona opponentlik edənlərin də təəccübləndiyini və saxtakarlıq faktlarının miqyasının böyük olduğunu gizlədə bilmədiyini önə çəkən millət vəkili bu baxımdan da beynəlxalq təşkilatların səsləndirdikləri fikirlərin daxildəki etirazlara adekvat olmadığını söyləyib: “Ermənistanda proseslərin necə inkişaf edəcəyini indidən demək çətindir. Ermənistan əhalisi etiraz etməkdənsə, sadəcə, Ermənistandan köçməyə üstünlük verir. Ölkə boşalır və yaşayış üçün maraqsız, ölü bir zonaya çevrilir. Yalnız bir fakt aydındır ki, bu ölkə uçurumun kənarındadır. Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyə, İran və Gürcüstan ərazilərinə torpaq iddiaları irəli sürməsi, ölkənin qeyri-sivil orta əsr təfəkkürü ilə idarə olunması Ermənistanı çoxdan böyük problemlərlə üzləşdirib. Ermənilərin təsadüfən qazandığı dövlətçiliyi böyük bir təhlükə altındadır. Təbii ki, saxtakarlığın, qatı millətçiliyin və başqa ölkələrin ərazilərinə torpaq iddiaları irəli sürməyin nəticəsi də bu olmalı idi”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə bildirib ki, Ermənistanda parlament seçkilərinin qeyri-demokratik şəraitdə keçirilməsi artıq bütün dünyaya məlumdur. Millət vəkili qeyd edib ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər də Ermənistandakı seçkilərdə xeyli qanun pozuntuları qeydə alıblar. Onun sözlərinə görə, bir neçə beynəlxalq təşkilatın müşahidə missiyalarının ilkin rəyində də bu seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyi vurğulanıb: “Ümumiyyətlə, işğalçı Ermənistanda seçki sistemi və texnologiyaları müasir standartlara uyğun deyil. Bu hakimiyyətin məqsədli addımıdır ki, seçkiləri istədiyi zaman öz xeyrinə dəyişsin. Prezident Serj Sarkisyanın səsvermə zamanı yayılan görüntüləri isə onu beynəlxalq ictimaiyyətin gözü qarşısında rəzil etdi. Təbii ki, belə bir halda Ermənistan hakimiyyətinin parlament seçkilərinin demokratik keçməsi haqda iddiaları gülüncdür. Artıq əhalinin seçki saxtakarlığına qarşı etirazları artır və bu da işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir. “Seçki oyunu” Ermənistanda daxili qarşıdurmaları daha da gərginləşdirəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

