YAP Hacıqabul rayon təşkilatının X konfransı keçirilib
18.04.2017 [09:23]
Konfransda rayon təşkilatının ötən hesabat dövründəki fəaliyyətinə qiymət verilib, həmçinin yeni Şura və İdarə Heyətinin üzvləri seçilib
Mübariz Qurbanlı: Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının X konfransı keçirilib. Konfransda ilk partiya təşkilatlarından seçilmiş 250 nəfər nümayəndə iştirak edib.
Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.
Daha sonra konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rayon təşkilatının öz fəaliyyətini YAP-ın Nizamnaməsi və İcra Katibliyinin proqramlarına uyğun şəkildə qurduğunu dilə gətirib. H.Bəşirov Cənubi Qafqaz regionunun avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında oynadığı mühüm roldan bəhs açıb. Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP bu gün ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurlu fəaliyyətini davam etdirir: “YAP Hacıqabul rayon təşkilatı ötən konfransdan keçən müddətdə öz fəaliyyətini partiya Nizamnaməsinə uyğun şəkildə qurub. Vurğulayım ki, 1995-ci ildə martın 18-də təsis olunan YAP Hacıqabul rayon təşkilatı sıralarında 4940 partiya üzvünü və 110 ilk ərazi partiya təşkilatını birləşdirir. Rayon təşkilatının üzvlərinin 2047 nəfərini qadınlar, 1239 nəfərini isə gənclər təşkil edir. Təşkilat daxilində partiya sıralarına qəbul yüksələn xətlə davam etməkdədir, hesabat dövründə partiya sıralarına 723 nəfər üzv qəbul olunub. Partiya sıralarına qəbul olunanların əksəriyyətini isə gənclər təşkil edir”.
YAP Hacıqabul rayon təşkilatının sədri ötən konfransdan keçən müddətdə ölkədə baş tutmuş seçkilərdə və referendumlarda rayon təşkilatının xüsusi fəallıq göstərdiyini qeyd edib.
Daha sonra YAP Hacıqabul rayon təşkilatının Nəzarət - Təftiş Qrupunun sədri Elman Nəcəfovun hesabatı dinlənilib. Hər iki hesabat məruzəsi ətrafında Təhsil Şöbəsi ilk partiya təşkilatının sədri Şükür Məmmədov, YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədri Zeynəb Yunuslu və Mədəniyyət Şöbəsi ilk partiya təşkilatının sədri Elnur Əmiraslanov çıxış edib, rayon təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirdiyini bildirib. M.Qurbanlı YAP-ın söykəndiyi prinsiplərin faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edildiyini vurğulayıb: “Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva etdi. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. YAP yarandığı gündən ümumxalq partiyası statusunu daşıyır. Bu gün partiyamız cənab Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə müəyyən olunmuş fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir”.
M.Qurbanlı vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün seçkilərdə aşkar favoritdir və hər zaman yüksək səs çoxluğu ilə qələbəni bayram edib. Bu gün 700 minə yaxın üzvün YAP sıralarında birləşdiyini bildirən YAP İcra katibinin müavini Azərbaycan xalqının Prezident İlham Əliyev siyasətinə, Onun şəxsiyyətinə böyük rəğbət bəslədiyini və dövlət başçısının ətrafında sıx birləşdiyini deyib.
Daha sonra çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib ki, ölkəmizin inkişafında YAP-ın müstəsna xidmətləri var. Çıxışında həmçinin son dövrlərdə rayonda aparılan abadlıq-quruculuq işlərindən də danışan Ə.Muxtarov YAP üzvlərinin bu işlərdə yaxından iştirak etdiklərini söyləyib.
Sonra YAP Hacıqabul rayon təşkilatının X konfransının qətnamə layihəsi konfrans iştirakçılarına təqdim edilib və yekdilliklə qəbul olunub. Daha sonra YAP Hacıqabul rayon təşkilatının Şura və İdarə Heyətinin üzvləri səsvermə yolu ilə seçilib. Hafis Bəşirov yenidən YAP Hacıqabul rayon təşkilatının sədri, eləcə də partiya rayon təşkilatı sədrinin müavinləri seçilib. Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

