Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsiz və qərəzlidir

AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsiz və qərəzlidir

26.04.2017 [09:15]

Bu qərar təşkilatda islamofob meyllərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir
Aprelin 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası öz işinə başlayıb. Aprelin 28-dək davam edəcək sessiyanın gündəliyinə bir sıra məsələlər, o cümlədən AŞ PA-nın vitse-prezidenti, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilərin keçirilməsi, qurumun Büro və Daimi Komitəsinin hesabatlarının dinlənilməsi, eləcə də Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələri, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatların müzakirəsi kimi məsələlər daxil edilib.
Sessiyanın ikinci iş günündə, aprelin 25-də, parlamentarilər “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabatı müzakirə ediblər. Qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarət hesabatla bağlı qətnamə layihəsi səsverməyə qoyulub və 113 lehinə, 45 deputat əleyhinə olmaqla, həmin sənəd qəbul edilib.
Siyasi analitiklər belə hesab edirlər ki, AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsiz və qərəzlidir. Belə ki, sənəddə qeyd olunanların əksəriyyəti həqiqəti əks etdirmir. Türkiyədə xalqın hakimiyyətlə sıx birliyi qardaş ölkədə xaos və itaətsizlik yaratmaq arzusunda olan qüvvələrin maraqları ilə üst-üstə düşmədiyindən Avropadakı beynəlxalq təşkilatları belə bir addım atmağa sövq edir. Başqa sözlə, AŞ PA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir.
Elə qardaş ölkənin də sözügedən qərara reaksiyası özünü çox gözlətməyib. Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçi Ömər Çelik AŞ PA-nın qərarını “ədalətli olmayan, haqsız bir qərar” adlandırıb. “Bu, Avropa Şurası üçün də, AŞ PA üçün də tarixi səhvdir”, - deyə o vurğulayıb.
Ümumiyyətlə, təcrübə göstərir ki, AŞ PA-nın ayrı-ayrı ölkələrdə apardığı monitorinqlər müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür.
Elə götürək bir qədər əvvəl qurumda ölkəmizdə guya “siyasi məhbuslar”ın olması ilə bağlı aparılan müzakirələri. “Siyasi məhbus” anlayışına tam tərif verə bilməyən avropalılar həmin vaxt məsələni müzakirəyə çıxarmaqla özlərini gülünc vəziyyətə salmış oldular. Belə ki, ölkəmizdəki ayrı-ayrı müxalifət düşərgəsi təmsilçiləri tərəfindən hazırlanan həmin siyahılarda nəinki dünyasını dəyişmiş şəxslərin, hətta uzun müddətdən bəri azadlıqda olan şəxslərin adları da yer alırdı. Bir sözlə, Azərbaycanla əlaqədar AŞ PA-dakı qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, qurumda aparılan müzakirələr və digər bu kimi məsələlər AŞ PA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirdi.
Belə olan halda haqlı sual yaranır. Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan ötən 16 illik üzvlük dövründə nə əldə etmişdir? Bu müddətdə yalnız ölkəmizə qarşı qərəzli münasibətin sərgilənməsinin şahidi olmuşuq. Çünki seçkidən-seçkiyə Avropadakı təşkilatlardan ölkəmizin ünvanına əsassız iradların səsləndirilməsindən başqa bir şey eşitməmişik. Digər tərəfdən bu təşkilatlar indiyədək nə 1 milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atıblar, nə də ki onların problemlərinin həllinə çalışıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə bölgədə sülhün təmin olunması istiqamətində səylərindən daha çox, həmsədrlərin regiona etdikləri turist səfərləri ilə yadda qalıb.
Elə isə hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Görünən odur ki, Avropa dairələrinin indiyədək həyata keçirdiyi siyasət yalnız Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb.
Lakin Avropa dairələrinin ölkəmizə qarşı haqsız davranışı heç də bununla tamamlanmır. Belə ki, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan bunun müqabilində yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Deməli, bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropadan Azərbaycana, eləcə də qardaş Türkiyəyə, digər müsəlman ölkələrinə qarşı yaxşı heç nə gözləməyə dəyməz.
Bütün bunlarla yanaşı onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcəkdir.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30