Azərbaycan tolerantlığın ən böyük nümunəsidir
03.07.2009 [10:23]
Azərbaycan Respublikası hər zaman fərqli dinlərin daşıyıcılarının, müxtəlif xalqların qardaşlıq zəminində yaşadığı ərazi olub. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi kurs 1993-cü ildən sonra ölkədə sabitliyin əldə olunmasına, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şərait yaradıb. ümummilli liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqla təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın Yəhudi Mədəniyyətinin Qorunması və İnkişafı Fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.
Əsası Ulu öndər tərəfindən qoyulan tolerantlıq mühiti bu gün də davam etdirilir. ölkə başçısı İlham Əliyev hər zaman Azərbaycanda yaşayan bütün xalqların bərabər hüquqa malik olduğunu vurğulayıb. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan İsrail prezidenti Şimon Peres də Azərbaycanda tolerantlıq mühitinin mövcudluğunun şahidi olduğunu söyləyib. Bakıdakı “Aşkenaz” sinaqoqunu ziyarət edən Şimon Peres paytaxtımızda fəaliyyət göstərən “Xabat Oravnı” yəhudi tədris məktəbində olub, sinaqoqda toplaşan yəhudi gəncləri ilə görüşüb. İsrail prezidenti Azərbaycanda belə bir sinaqoqun və yəhudi tədris məktəbinin olmasından məmnun qaldığını vurğulayıb. Görüşdə iştirak edən Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov yəhudilərin Azərbaycanda 2700 il əvvəl məskunlaşdığını və bu günədək daim sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib. O, ölkəmizdə heç bir zaman antisemitizm əhval-ruhiyyəsinin olmadığını qeyd edib. Azərbaycan Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç bir icma kimi üç əsrə yaxın dövrdə Azərbaycanda yaşadıqlarını və respublikamızın tolerantlıq baxımından bir çox ölkələrə örnək olduğunu vurğulayıb. Quba rayonunda “Qırmızı qəsəbə” dağ yəhudiləri icmasının sədri Boris Simanduev Azərbaycanda hər bir qayğı ilə əhatə olunduqlarını qeyd edib. O, Ulu öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyevin də onları daim diqqətdə saxladığını bildirib.
Prezident İlham Əliyev də Azərbaycanda hər zaman bütün xalqların sülh və qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırıb: “Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar, əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Yəqin ki, insanlar arasında ünsiyyət cənab prezidentin səfərindən sonra daha geniş vüsət alacaqdır”.
İsrail prezidenti də Azərbaycanda hökm sürən tolerantlıq mühitindən bəhs edib: “Azərbaycanda yüksək tolerantlıq mühiti vardır. ölkənizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığımı bildirirəm. Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar”.
Bəli, bu gün Azərbaycan həqiqətən də bütün dünyaya tolerantlıq nümunəsi sayıla bilər. ölkəmizdəki bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətənlərinin inkişafına töhfələrini verirlər. Prezident İlham Əliyev bu amili ölkəmizin sərvəti adlandırıb: “Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli-mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır. Azərbaycan vətəndaşları çox dözümlüdürlər, çox tolerantdırlar. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı, rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada yaşayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

