Xarici KİV-lər OANA İcraiyyə Komitəsinin Beyrutda keçirilən iclasını geniş işıqlandırıb
11.05.2017 [10:14]
Xəbər verdiyimiz kimi, mayın 3-də Livan Respublikasının paytaxtı Beyrutda AZƏRTAC-ın sədri olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 42-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, xarici kütləvi informasiya vasitələri iclasın işini geniş işıqlandırıb.
Türkiyənin Anadolu, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, Koreya Respublikasının Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Malayziyanın Bernama, Bəhreynin BNA, İranın İRNA, Livanın NNA, Monqolustanın MONTSAME agentliklərinin, Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin, Türkiyənin “Haberler” portalının və KİV-lərin yaydıqları informasiyalarda iclasda müzakirə olunan aktual məsələlər barədə ətraflı məlumat verilir. OANA-nın Beyrutda keçirilən iclasının sürətlə dəyişən informasiya texnologiyaları dövründə xəbər agentliklərinin qarşılaşdığı problemləri və inkişafı yollarını müzakirə etmək üçün yaxşı platforma olduğu diqqətə çatdırılır. Xəbər verilir ki, iclasda dünya mediası qarşısında çağırışlar, müasir şəraitdə medianın inkişaf meyilləri, xəbər istehsalında yeni texnologiyaların tətbiqi, jurnalistika sənətinin müasir media biznesinə transformasiyası, terrorizmə qarşı mübarizədə xəbər agentliklərinin rolu məsələlərinə dair səmərəli müzakirələr aparılıb.
İnformasiyalarda Livanın NNA agentliyinin direktoru xanım Laura Süleymanın, OANA-nın prezidenti, AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun, Livanın informasiya naziri Melhem ər-Riyaşinin, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın, İRNA-nın baş direktoru Məhəmməd Xodadinin, Yonhap-ın prezidenti Park No-hvanqın, BNA-nın baş direktoru Muhənnəd Süleyman ən-Nəiminin, Bernama-nın baş direktoru Datuk Zulkefli Sallehin fikirlərinə yer verilib. Həmçinin iclasda rəqəmsal innovasiya dövründə xəbər agentliklərinin qarşısında duran vəzifələr barədə maraqlı təkliflərin səsləndirildiyi qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

