AHİK-in nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir
13.06.2017 [09:54]
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir. İyunun 5-dən 16-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Sessiyanın iyunun 12-də keçirilən iclasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Əmək miqrasiyası” mövzusunda çıxış edib.
Çıxışının əvvəlində sessiya iştirakçılarını salamlayan və Konfransın işinə uğurlar arzulayan S. Möhbalıyev zamanın çağırışlarına cavab verən maraqlı məruzəyə görə BƏT-in Baş direktoru Qay Rayderə minnətdarlığını bildirib və deyib ki, məruzə bizi dünya quruculuğunda olan böhranları yeni təfəkkürlə dərk etməyə, o cümlədən əmək miqrasiyası problemləri, yaşıl iqtisadiyyat və digər dünyəvi problemlər barədə ciddi düşünməyə çağırır. Son zamanlar baş verən qlobal hadisələr siyasi və sosial-iqtisadi vəziyyəti kökündən dəyişib, məşğulluq problemi yaranıb. Əgər ötən əsrin sonuna yaxın əmək miqrasiyası axınının canlanması müşahidə edilirdisə, yaşadığımız XXI əsrdə bu proses daha da sürətlənib.
O vurğulayıb ki, beynəlxalq arenada baş verən proseslər bizim ölkədən də yan keçmir. Azərbaycanda enerji-nəqliyyat sahəsində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması və iqtisadi inkişaf miqrantların ölkəmizə axınına şərait yaradan əsas amillərdir. Eyni zamanda, ölkəmizdəki tolerantlığın yüksək səviyyəsi miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir. Ölkəmizdəki miqrantlar 104 ölkəni təmsil edir və bu günə qədər onlara qarşı münasibətdə milli, etnik və dini zəmində heç bir ayrı-seçkilik qeydə alınmayıb. Ötən əsrin 90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın vətənə qayıdışı da böyük maraqla müşahidə olunmaqdadır.
Respublikamızda əmək miqrasiyası proseslərinin idarə olunmasının təmin edilməsi və miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşması məqsədilə Miqrasiya Məcəlləsi qəbul edilib. Ölkədə 58 beynəlxalq Konvensiya, o cümlədən BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” və “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında” sənədlər ratifikasiya edilib. Beynəlxalq Miqrant Günü isə hər il qeyd olunur. Azərbaycan “Əmək miqrasiyası və əməkçi miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” MDB Sazişinə qoşularaq Rusiya Federasiyası, Ukrayna, Moldova, Belarus və Türkiyə hökumətləri ilə əməkdaşlıq sazişlərinə imza atıb. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə ölkədə kvotalar tətbiq olunub. Əmək bazarında əcnəbilərin fəaliyyətinin dəqiq uçotunun elektronlaşdırılması işləri həyata keçirilir.
AHİK sədri vurğulayıb ki, respublika həmkarlar ittifaqlarının nümayəndələri əmək miqrasiyası ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, bir çox seminarlara ev sahibliyi də ediblər.
Çıxışının sonunda S.Möhbalıyev bir daha bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları sosial tərəfdaşlarla əmək miqrasiyası siyasətinin inkişafı üçün BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə daim hazırdır.
Sessiya çərçivəsində AHİK sədrinin Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə nümayəndə heyətləri ilə də görüşləri keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

