Hafiz Paşayevin "Bir səfirin manifesti" kitabının rus dilində nəşrinin təqdimatı olub
18.07.2009 [10:37]
Hafiz Paşayev deyib ki, Azərbaycan dilində çıxmış bu kitabı rus dilində nəşr etmək fikri Moskvada Azərbaycan səfirliyinin yaxınlığındakı bir kitab mağazasına baş çəkərkən yaranıb. Orada Azərbaycana aid heç bir kitabın olmaması faktı məni bu qənaətə gəlməyə vadar edib.
Kitabın rus dilində nəşrinin redaktoru Siyavuş Məmmədzadə “Bir səfirin manifesti”nin uzun illərin müşahidəsi və təcrübəsi əsasında meydana gəldiyini söyləyərək deyib ki, 14 il xaricdə fəal diplomatik fəaliyyətlə məşğul olan müəllif əsərində zəmanəmizin siyasi ab-havasını məharətlə qələmə alıb. Burada onun Azərbaycan ilə ABŞ arasında münasibətlərin yaranması və inkişafına, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə dair xatirə və mülahizələri toplanıb. Mən Hafiz Paşayevi alim-fizik kimi tanıyırdım, indi isə onu görkəmli diplomat kimi kəşf etdim.
Əsərin ictimai-siyasi əhəmiyyətindən danışan akademik Vasim Məmmədəliyev bildirib ki, kitabda ümummilli lider Heydər Əliyevin xarici siyasətimizdə ABŞ ilə münasibətlərimizə mühüm qiymət verməsi, bu əlaqələrin durmadan inkişafı və möhkəmlənməsi yolunda ciddi səyləri konkret faktlarla oxuculara çatdırılır. Bu kitabı dolğun, zəngin faktlara əsaslanan toplu, mühüm tədqiqat işi adlandıran V.Məmmədəliyev onun diplomatların stolüstü kitabına çevriləcəyinə əminliyini vurğulayıb.
Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli əsərdə müəllifin səmimiyyətini, müstəqillik illərində ölkəmizin diplomatiyasını xüsusi baxış bucağından işıqlandırdığını bildirərək, kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağını söyləyib. Natiq kitabın dərslik kimi istifadəsinin vacibliyini də vurğulayıb.
Həqiqətən də, bu kitab Azərbaycanı dünyaya bir az da yaxınlaşdırır. ölkəmizin Vaşinqtondakı səfirliyinin təcrübəsi və müəllifin zəngin şəxsi təəssüratları əsasında yazılmış kitabda geniş spektrli mövzularla yanaşı, mühüm siyasi, ictimai hadisələrin və cərəyanların maraqlı detalları işıqlandırılır. Kitab müasir diplomatiyanın incəliklərini əks etdirən fikirlərlə zənginliyi ilə də böyük maraq doğurur.
Təqdimatın sonunda professor Hafiz Paşayev kitabları imzalayaraq, mərasim iştirakçılarına təqdim edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19

