/ / Oqtay Əsədov: Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir
Oqtay Əsədov: Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir
17.10.2017 [10:25]
“Təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışı zamanı söyləyib.
Oqtay Əsədov deyib ki, Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş və işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmış Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian-müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ bölgəsində etnik separatizmə dinlərarası münaqişə donu geyindirmək, eyni zamanda, ənənəvi xristian ölkələrində xristian həmrəyliyi duyğularını istismar etmək yolu ilə qonşu ölkəyə qarşı qəsbkarlıq siyasətinə haqq qazandırmaqdır. Bu qəsbkarlıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətində yaşayır. İşğalçılıq müharibəsinin gedişində 20 minə yaxın dinc azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, bir neçə yaşayış məntəqəsində, o cümlədən Xocalı şəhərində dəhşətli soyqırımı cinayətləri törədilib.
Azərbaycan parlamentinin sədri deyib: “Biz hesab edirik ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu hamılıqla qəbul edilməlidir. Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır”.
Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən söz açan Oqtay Əsədov qeyd edib ki, ölkəmizin dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, ölkədə yaşayan xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanır. “Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətini mədəniyyətlərarası, dinlərarası dialoqun və multikulturalizmin dəstəklənməsi təşkil edir. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir. Tamamilə məntiqlidir ki, bizim ölkəmizdə 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub”, - deyə sədr diqqətə çatdırıb.
Milli Məclis sədrinin sözlərinə görə, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və qitə miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühiti yaradılıb və bu prinsiplər milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qorunub saxlanıb. Dini tolerantlığın və dinlərarası dialoqun möhkəmləndirilməsi, dini etiqad azadlığının inkişaf etdirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası İttifaqın yeni sədri, Türkmənistan, Özbəkistan və Vanuatu İttifaqın yeni üzvləri seçiliblər. Beləliklə, İttifaqa daxil olan parlamentlərin sayı 176-ya çatıb.
Assambleya işini davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

