/ / İsrailin Doqquzuncu telekanalı: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın uğurlu strategiyasının nəticəsidir
İsrailin Doqquzuncu telekanalı: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın uğurlu strategiyasının nəticəsidir
04.11.2017 [01:02]
Azərbaycan Cənubi Qafqazda mühüm strateji rol oynayır. Bu ölkə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lokomotividir.
AZƏRTAC xəbər verir ki, İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Gün” analitik verilişində populyar aparıcı Vladimir Rav Tsion ilə söhbətində dövlət başçılarının Tehranda keçirilmiş İran-Rusiya-Azərbaycan formatında Sammitini şərh edərkən belə deyib. Arye Qut Cənubi Qafqaz regionunda geosiyasi şərait, regionda Azərbaycanın müstəqil çoxvektorlu xarici siyasət strategiyası, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılış mərasimi, Avropa ilə Asiyanı əlaqələndirən bu dəmir yolunun Azərbaycanı Avrasiyanın tranzit və logistika mərkəzinə çevirməsi barədə danışıb (http://9tv.co.il/video/2017/10/30/69834.html).
Arye Qutun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın şəksiz lideri, regionda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin real lokomotividir. İsrailli ekspert deyib: “Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə onun iştirakı olmadan həyata keçirilə bilməz. Bu xarici siyasi strategiyada Azərbaycan Prezidenti İlham Əliyev çox böyük və qiymətli rol oynayır. O, həm düzgün strategiya qurur, həm də geosiyasətə yaxşı bələddir və öz ölkəsinin milli mənafelərini çox gözəl müdafiə edir. Məhz bu səbəbdən görürük ki, Prezident başda olmaqla Azərbaycan praktiki olaraq birləşdirilə bilməyən elementləri birləşdirir. Azərbaycan etnik baxımdan ona yaxın olan Türkiyə ilə çox gözəl strateji münasibətlər, İran ilə kifayət qədər yaxşı münasibətlər qurub. Bakı ilə İsrail arasında siyasi-strateji tərəfdaşlıq çox yüksək səviyyədədir. Beləliklə, Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurları göz qabağındadır”.
Arye Qutun fikrincə, müasir mərhələdə Cənubi Qafqaz regionunda bir-birinin ardınca qlobal miqyaslı böyük geosiyasi və geoiqtisadi layihələr həyata keçirilir. Ekspert İsrailin Doqquzuncu televiziya kanalının “Gün” analitik verilişində deyib: “Hamıya məlumdur ki, bu regiondan həm region ölkələri, həm də İsrail və Avropa ölkələri üçün strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri keçir. Bir neçə gün bundan əvvəl isə daha bir mühüm layihənin - Transxəzər beynəlxalq nəqliyyat marşrutunun və daha qlobal miqyasda “Yeni İpək Yolu” layihəsinin ən mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Şübhəsiz, Azərbaycan bu layihədən daha çox səmərə əldə edəcək, çünki o, həm bu dəmir yolu xəttinin tikintisinin təşəbbüskarı, həm də layihənin maliyyələşdirilməsində aparıcı dövlətdir. Azərbaycan Avropa qitəsinin və Asiyanı Avropa ilə birləşdirən ən qısa yol ilə yüklərin çatdırılacağı ölkələrin iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyini təmin edir. Layihənin həm iqtisadi mənası, həm də siyasi əhəmiyyəti bundan ibarətdir. Ən başlıcası, bu, İlham Əliyevin xarici siyasət strategiyasının və diplomatiyasının mübahisəsiz uğurudur”.
İsrailli ekspertin fikrincə, hər iki ölkənin geosiyasi ətrafının mürəkkəb olmasına baxmayaraq, İsrail və Azərbaycan siyasi etimadın yüksək səviyyədə olduğu, strateji xarakterli möhkəm və güclü tərəfdaşlıq yaradıblar, iqtisadi əlaqələr, həmçinin hərbi-texniki tərəfdaşlıq inkişaf edir və möhkəmlənir: “Energetika sahəsi iki dövlət arasında qarşılıqlı münasibətlərin strateji dayaqlarından biridir. Bizim İsraildə istifadə etdiyimiz benzinin 65 faizi Azərbaycan benzinidir”.
Ekspert vurğulayıb ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bir sıra başqa etnik və dini qruplar üçün, o cümlədən qədim zərdüştilik, xristian və yəhudi icmalarının nümayəndələri üçün də doğma evdir.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut çıxışının sonunda deyib: “Azərbaycanın yəhudi icmasının nümayəndələrinə səmimi və qardaşcasına münasibət bu ölkənin tolerantlığının parlaq nümunələrindən biridir. Bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt qərib və ya narahat hiss etməyiblər. Yəhudilər Azərbaycanda özlərini Vətəndə olduğu kimi hiss ediblər və hətta bu və ya digər səbəblər üzündən başqa ölkələrə köçüb getməli olanlar da Azərbaycan haqqında düşünəndə, Azərbaycan dilində söhbət və ya Azərbaycan musiqisi eşidəndə bu xalq üçün, bu ölkə üçün, tarixboyu həmişə özlərinin əsl vətəni hesab etdikləri doğma Bakı üçün qəribsəyir, gözləri yaşarır. Bura bizim ikinci doğma evimizdir. Mən bunu öz şəxsi nümunəmdə təsdiq edə bilərəm”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55

